Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-549/2025 25.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirаkları ilə, xx.xx.1978-ci il tarixdə, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 2 uşaq atası, ali təhsilli, fərdi sahibkar, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 3, mənzil 19 qeydiyyatda olmaqla Babək rayon, Hacıvar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i:
1. Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər Polis Şöbəsində 25 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qurbanov Məhəmmədi döyməsi müəyyən olunmuşdur.
3. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs, Naxçıvan Şəhər Polis İdarəsinin, polis sahə rəisi, X5 izahat verərək bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. X7 16, prospektində kimyəvi təmizləmə mağazasında baş vermişdir. Qurbanov Məhəmməd və qarşı tərəf əvvəllər də bir neçə dəfə mübahisə etmişdir. Qarşı tərəf Məhəmmədin mağazasının qarşısında maşın saxlamışdır. Məhəmməd də niyə orada saxladığını soruşmuşdur. Bundan sonra mübahisələri olmuşdur. Bundan sonra qarşılıqlı xəsarət yetirmişdirlər.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə qarşılıqlı olaraq anlaşıb, barışdıqlarını qeyd etmişdir. Heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxs X2 ilə barışdıqlarını bildirmişdir. Heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəflərin qarşılıqlı anlaşıb, barışığa gəldiklərini bildirmişdir. İş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir.
8. İş materiallarında olan, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir.
9. İş materiallarında olan, Naxçıvan Şəhər Polis İdarəsinin, polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qurbanov Məhəmmədi döyməsi müəyyən olunmuşdur.
10. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 703 saylı Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətləri-Boyun nahiyəsinin qançır və sıyrıqları küt mexanzimidən, bərk küt əşya (əşyalar) təsirindən törənmişdirlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir.
11. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 710 saylı Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- sol almacıq nahiyyəsinin qançırı və başın sol təpə nahiyyəsinin zəif şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti məhkəmə-tibbi müayinədən bir günə qədər, əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir.
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir.
13. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
14. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
15. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır.
16. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir.
17. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q ə r a r a a l d ı:
Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər.
Hakim: Aslan Heydarov.