Məhkəmə qərarları › İş №3(078)-551/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-551/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-551/2023 13.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan səhəri, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN **********) Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində 75AF217/75ZA026 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş ehtiyyat hissələri yükünə dair qısa idxal bəyannaməsində yükün ölkə ərazisinə 76AE823/76DN719 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə gətiriləcəyi göstərilsə də, yük faktiki olaraq 75AF217/75ZA026 nömrəli yük nəqliyyat vasitəsilə gətirilmiş və bununladə gömrük orqanına təhrif olunmuş məlumat verilməklə qanunvericiliyin tələbinin pozulduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin ünvanına idxal etdiyi ehtiyyat hissələri yükü xx.xx.2023-cü il tarixində saat 13:35-də 75AF217/75ZA026 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkəyə daxil olmuşdur. Ehtiyyat hissələri yükü (malın qeydiyyat kodu-**********02707) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada **********6161 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Qısa idxal bəyannaməsində yükün ölkəyə 76AE823/76DN719 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə gətiriləcəyi bəyan edilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs (VÖEN: **********) ünvanına 75AF217/75ZA026 nömrəli yük nəqliyyat vasitəsində “**********5066” sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal edilən ehtivvat hissələri yükü xx.xx.2023-cü il tarixində saat 13:35-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçmişdir, həmin yükə görə “**********6161” sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir, lakin həmin bəyannamədə vııkün ölkə ərazisinə 76AE823/76DN719 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə gətiriləcəyinin qeyd edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində 75AF217/75ZA026 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin (VÖEN: **********) ünvanına gətirilmiş ehtiyyat hissələri yükünə dair qısa idxal bəyannaməsində yükün ölkə ərazisinə 76AE823/76DN719 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə gətiriləcəyi göstərilsə də, yük faktiki olaraq 75AF217/75ZA026 nömrəli yük nəqliyyat vasitəsilə gətirilmiş və bununladə gömrük orqanına təhrif olunmuş məlumat verilməklə qanunvericiliyin tələbinin pozulduğu müəyyən edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs MMC həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Naxçıvan səhəri, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN **********) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar