Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-551/2025 02.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı, şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edildiyi DİN Baş X6 İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, EQ 31544580 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ilə yanaşı şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DİN Baş X6 İdarəsinin “yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ 31544580 elektron qərardan mübahisələndirəməyə nail olmaq hüququnu müdafiə edərək mövqeyini üzürlü saymaqla vəsatətini təmin edib müddətin buraxılmamış hesab olunması və şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılmasının mümkün hesab olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd olunan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarının ona təqdim edildiyi vaxtı müəyyən edən sənədlər əlavə edilməmişdir. Belə olan halda X3 tərəfindən onun barəsində çıxarılmış qərarın ona təqdim edilibedilmədiyini, həmçinin təqdim edildiyi halda nə vaxt təqdim edildiyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə şikayətə əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxmaq səlahiyyəti inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin bərpa edilməsi üçün həmin qərarı qəbul etmiş orqana müraciət edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddəti buraxılaraq məhkəməyə müraciət edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31544580 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-551/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-551/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver