Məhkəmə qərarları › İş №3(078)-552/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-552/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-552/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə X1 verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM:

1. X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin inzibati xəta haqqında qərarından Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli, qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.

4. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

5. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

6. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

7. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki şikayəti Nümayəndə tərəfindən nümayəndə qismində imzalansa da, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, etibarnamədən görünür ki, onun şikayəti imzalamaq, şəxsi məhkəmədə təmsili etmək səlahiyyəti olmamışdır.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, etibarnamə Nümayəndən digər orqanlarda təmsiliçilikə bağlı verilmişdir.

10. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, qərarının ləğv edilməsi barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. 11.Şərh olunanlara əsasən, QƏRARA ALDİM: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli qərarından X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar