Məhkəmə qərarları › İş №3(078)-557/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-557/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-557/2023 15.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, 015737 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, 015737 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC-nin fəhləsi X3 01 sentyabr 2023-cü il tarixdə xəsarət alması ilə nəticələnən hadisə naticəsində 14 sentyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixlərdə DƏMX-də təhqiqat aparılarkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində zərərçəkən X1 az ağır zərər vurulmuş, ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması ilə əlaqədar vəsatət verməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 1221 nömrəli canlı şəxsin müayinə aktının surətindən görünür ki, X3 bədən səthi üzərində müəyyən edilmiş xəsarətlər: sol əlin İİİ-İV barmaqlarının distal falanqa səviyyəsində amputasiyası. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. Yusif Fərzəliyevin aldığı xəsarət pres dəzgahından ehtiyatsız davranması nəticəsində yaranmağa xarakterikdir. Yusif Fərzəliyevin aldığı xəsarət nəticəsində ümumi əmək qabiliyyətini, həmçinin peşə əmək qabiliyyətini 10%-ni itirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması iş materialları ilə öz təsdiqini tapmış və hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Bu səbəbdən də, məhkəmə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı və onun barəsində həmin maddədə nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar