Məhkəmə qərarları › İş №3(078)-56/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-56/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-56/2021 23.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Ə.Qəmküsar, ev 7 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs Zərərçəkmiş şəxs Xiomi markalı mobil telefonu 200 manata satacağını bildirmiş və inamından sui-istifadə edərək Zərərçəkmiş şəxs 200 manat pulu alaraq qaçmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxsin izahatı və şahidin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhərində yaşadığını və işsiz olduğunu, xx xxxx 2021-ci il tarixdə İnstaqram sosial şəbəkəsində Xiomi markalı telefonu 200 manata satması ilə bağlı paylaşım etdiyini, təqribən 1-2 saat sonra mobil telefonuna zəng gələrək telefonu almaq istədiyini dediyində, həmin şəxsə telefonu 200 manata satdığını bildirdiyində qarşı tərəf razılığa gələrək görüş təşkil etdiklərini və Naxçıvan şəhərində mikrorayon adlanan ərazidə 9 mərtəbəli binanın qarşısında saat 11:00-da görüşdüklərini, həmin vaxt telefonu almaq istəyən şəxsin adının Nihad olduğunu öyrəndiyini, Nihad ondan telefonun harada olduğunu soruşduqda o Nihaddan 200 manatı alaraq telefonu şəhər ərazisində mağazadan götürüb gələcəyini deyib oradan uzaqlaşdığını, Nihaddan aldığı 200 manatı “Cahan” Ticarət Mərkəzində borclu olduğu dükana verdiyini, 1-2 saat sonra Nihadın ona zəng edərək telefonu niyə gətirmədiyini soruşduqda o cavabında mağazanın bağlı olduğunu və açılan kimi telefonu gətirəcəyini demişdir. Ertəsi gün xx.xx.2021-ci il tarixdə Nihad ona yenə də zəng etməyə davam etdiyi üçün o mobil telefonunu söndürmüşdür. xx.xx.2021-ci il tarixdə sonra polis əməkdaşlarının onu İdarəyə çağırdıqlarını, əməlinə görə peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında xx.xx.2021-ci il tarixdə İnstaqram sosial şəbəkəsinin elanlar bölməsində özünə satın almaq üçün mobil telefon axtararkən 200 manata Xiomi markalı telefon satışının elanını gördüyü və dərhal sahibinə zəng etdiyini, telefon satan şəxsin də ona mikrorayonda 9 mərtəbəli binanın qarşısında görüşməyi dediyini, görüşdüklərində telefon satan şəxsin adının Vüsal olduğunu bildiyini, Vüsal 200 manatı ondan aldıqdan sonra telefonu şəhər ərazisində mağazada olduğunu və dərhal gedib gətirəcəyini bildirmişdir. Vüsal ondan 200 manat pulu alıb getmiş və o da həmin ərazidə durub Vüsalın telefonu gətirəcəyini gözləmişdir. Təqribən 1-2 saat sonra Vüsalın gəlmədiyini görüb mobil telefonla ona zəng etmiş, Vüsal da ona telefon mağazasının bağlı olduğunu, birazdan açılan kimi götürüb gələcəyini bildirmişdir. Ertəsi gün yəni xx.xx.2021-ci il tarixdə yenidən Vüsala zəng etmiş, Vüsal isə telefonu tamamilə söndürmüşdür. Aldandığını anlayıb xx.xx.2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona vurulan ziyanın ödənilmədiyini bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X1 Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin sahə inspektoru olduğunu, xx xxxxx 2021-ci il tarixdə Kəngərli rayonu Qabıllı kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bir nəfərin ondan 200 manat pul alıb qarşılığında telefon satacağını bildirsə də həmin şəxsi tapa bilmədiyini, adının Vüsal olduğunu bildirdiyini və telefon nömrəsi verdiyini, araşdırma apararaq həmin şəxsin Şəxs olması barədə məlumat əldə etdiklərini, polis bölməsinə dəvət edib izahat aldığını, müdafiəçi təqdim etdiyini, lakin şəxsin imtina etdiyini, protokol tərtib edib məhkəməyə göndərdiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 10:05-də inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 154 nömrəli arayışa əsasən Şəxs Şöbədə qeydiyyatda durmur və ona heç bir növ pensiya almır. Akademik Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 493 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 104 nömrəli arayışa əsasən Həsənov X5 işsiz və işaxtaran kimi qeydiyyatda deyil . Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs Xiomi markalı mobil telefonu 200 manata satacağını bildirmiş və inamından sui-istifadə edərək Zərərçəkmiş şəxs 200 manat pulu alaraq qaçmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır, iş üzrə məsuliyyəti ağırlaşdıran hal isə inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsidir. Belə ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2003-cü il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 70 (yetmiş) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 70 (yetmiş) gün müddətinə inzibati həbs olunsun.

2. Həbs olunmanın əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar