Məhkəmə qərarları › İş №3(078)-566/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-566/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-566/2025 05.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 1 uşaq atası, orta təhsilli, işsiz, Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:

1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 05 dekabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-102/2017 saylı, xx.xx.2017-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

3. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 izahatında protokolu müdafiə etmiş və bildirmişdir ki, şəxsin özü 2021-də axtarışa verilmişdir. 2023-cü ildə mart ayının 6-sı saxlanılmışdır. Həmin tarixdə tələbkar borcun olmadığına dair ərizə yazmışdır ki, şəxs inzibati məsuliyyətə cəlb olunmasın. Şəxs iltizam vermişdir ki, vaxtı-vaxtında ödəniş edəcəkdir. Lakin dəfələrlə məlumat verilməsinə baxmayaraq doğru düzgün ödəniş etmir. 24 avqust 2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. O vaxtdan sonra 2025-ci ilin aprel ayında 105 manat, iyun ayında isə 250 manat ödəniş etmişdir. 6 aydan bir ödəniş edir. Unibanka isə 2023-cü il tarixdə 100 manat ödəniş etmişdir. Mart ayında vaxtı-vaxtında ödəyəcəyini desə də əməl etməmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmədə barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs izahatında bildirmişdir ki, hal-hazırda işsizdir, şəxsiyyət vəsiqəsi olmadığına görə işə də düzələ bilmir. Ata-anasının yanında qalır, onlar yardım edir. 2021-ci ildə 6-7 ay barışıb bir yerdə yaşamışdırlar. Unibanka da məhkəmədən əvvəl ödənişlər etmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi:

5. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-102/2017 saylı, 14 aprel 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, borclu Şəxs 12 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit məbləğdə aliment tutularaq 01 fevral 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə ödənilməsi qət edilmişdir.

6. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Bölməsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-102/2017 nömrəli, 17 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

7. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra Bölməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 aprel 2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

8. İş materiallarından görünür ki, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixlərdə borclu Şəxs barəsində axtarış elan edilmişdir.

9. İş materiallarına əlavə olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-942/2023 saylı, 14 iyul 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şəxs xx.xx.2022-ci il tarixli 761nkSTB2/22 saylı Kredit müqaviləsi üzrə 840.55 (səkkiz yüz qırx manat əlli beş qəpik) manat əsas, 128.05 (bir yüz iyirmi səkkiz manat beş qəpik) manat faiz və 10.52 (on manat on iki qəpik) manat cərimə olmaqla, cəmi 979.12 (doqquz yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması və "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X9 ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir.

10. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-942/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

11. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 23 avqust 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir

12. İş materiallarından olan Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə axtarışda olan Bağırov X6 şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir.

13. İş materiallarından olan, xx.xx.2023-cü il tarixli Naxçıvan Şəhər İcra və X2 şəhəri, Qaraxanbəyli kəndində yaşayan X5 tərəfindən yazılmış ərizədən görünür ki, bu günədək yaranmış aliment borcundan imtina etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

14. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

15. Həmin maddəyə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur.

16. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-102/2017 saylı, xx.xx.2017-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 942/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

17. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, borcundan ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədləri üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir.

18. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

20. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır.

21. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

22. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.

23. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

24. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

25. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.

26. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».

27. Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan borcunu tam ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir.

28. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

29. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

30. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində təsbit edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

32. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir.

33. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

34. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

35. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

36. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

37. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

38. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi.

39. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz.

40. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür.

41. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, qəraraaldı: xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, işsiz, Bakı şəhərində yaşayan Bağırov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar