Məhkəmə qərarları › İş №3(078)-569/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-569/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-569/2025 09.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək m ü ə y y ə n e t d im : Şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan ŞPİ-nin X6 xx.xx.2025-ci il tarixli, İXP7640546 nömrəli protokolunun etibarsız hesab edilməsi və onun əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd olunan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və həmçinin həmin qərarın ona təqdim edildiyi vaxtı müəyyən edən sənədlər əlavə edilməmişdir. Belə olan halda X1 barəsində çıxarılmış qərarın ona təqdim edilib-edilmədiyini, həmçinin təqdim edildiyi halda nə vaxt təqdim edildiyinin müəyyən edilməsi mümkün olmamış və həmçinin qeyd olunan qərarın mövcud olub-olmaması da müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə verilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, şikayət vermiş şəxs X3 şikayət ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının elektron qərar olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı elektron qərardırsa şikayət vermiş şəxs X2 yaşayış yeri üzrə (faktiki qeydiyyatda olduğu yer üzrə) rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsinin 28 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar