Məhkəmə qərarları › İş №3(078)-57/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-57/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-57/2021 28.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X1 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan və qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, bilərək və istəməyərək belə bir vəziyyət alındığını nəzərə alaraq onun haqqında tərtib olunmuş İXP ******* saylı protokola obyektiv şəkildə baxılmasını və Bakı şəhər BPİ tərəfindən çıxarılmış qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Lakin məhkəmə qeyd edir ki, X4 şikayət etdiyi onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Bunlardan da görünür ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-47/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli və 3(078)-35/2021 nömrəli, xx xxxx 2021-ci il tarixli qərardadları ilə, eyni əsasla X3 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan və qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. X2 inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh vermə haqqında qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X3 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan və qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qərara aldım: X3 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan və qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar