Məhkəmə qərarları › İş №3(078)-577/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-577/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-577/2023 15.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Naxçıvan ŞPİ DYPB tərəfindən tərəfindən tərtib olunmuş iİXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan ŞPİ DYPB tərəfindən tərəfindən tərtib olunmuş iİXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X2 protokoldan şikayət edir. X3 qərardan şikayət verə bilər, eyni zamanda qanunla müəyyən edilmiş müddət çərçivəsində bu hüququnu həyata keçirə bilər. Protokolun tarixi 10 avqust 2023-cü il, ərizənin tarixi 08 dekabr 2023-cü ildir. 4 ay müddətində X2 qərarı əldə etməli və qərardan şikayət hüququnu həyata keçirməli idi. Qərar ona verilmədiyi halda qərarı əldə etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə şikayətlə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində Naxçıvan ŞPİ DYPB tərəfindən tərəfindən tərtib olunmuş iİXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 barəsində Naxçıvan ŞPİ DYPB tərəfindən tərəfindən tərtib olunmuş iİXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar