Məhkəmə qərarları › İş №3(078)-58/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-58/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-58/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx) , orta təhsilli, işsiz, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Vəliyeva X2 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində onun Şəxs ilə münasibəti olduğunu, sevgili olaraq yaşadığını, iki ildəŞəxs heç bir səbəb olmadan bir neçə dəfə onu döydüyünü, sonuncu dəfə də xx xxxxx 2021-ci il saat 00:00 radələrində Turalın onun işlədiyi Elsevər restoranından götürüb evə gətirdiyini, sərhəd diviziyasının yanında avtomobildə onu döyməyə başladığını və yumruqla vuraraq sağ gözünə xəsarət yetirdiyini qeyd edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin baş polis sahə inspektoru polis kapitani X3 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli, 009860 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs xx xxxxx 2021-ci il tarixdə xalaoğlusu Sərxan ilə birlikdə istirahət etmək üçün Elsevər restoranına getdiklərini, biraz musiqiyə qulaq asdıqlarını, istirahət etdiklərini, həmin vaxtı keçmiş tanışı Zərərçəkmiş şəxs gördüyünü, onların masasına yaxınlaşdığını, aralarında münaqişə yarandığını, münaqişənin böyüməsindən ehtiyat edərək götürüb evlərinə aparmaq məqsədilə həmin yerdən çıxdığını onun maşınını xalaoğlusu Sərxanın idarə etdiyini, onun qabaqda oturduğunu, Elnarənin arxada oturduğunu, həmin vaxtda münaqişənin davam etdiyini, həmin vaxt Elnarənin onu ağır söyüşlərlə təhqir etdiyini və onun sərhəd qoşunlarının qarşısındakı yol ilə hərəkət etdiklərini, Elnarənin səsinin ucadan çıxdığını gördüyünü, qorxutmaq məqsədilə ağzından vurduğunu, maşının içi qaranlıq olduğu üçün əlinin onun gözünə dəydiyini, bu vaxt Elnarənin çox səs-küy saldığını və maşını saxlayıb Elnarənin sərhəd qoşunlarının yanında düşürtdüyünü və hərəkətə davam edib getdiyini bildirərək əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq onun barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs Vəliyeva X1 şəhəri, Şeyx Xiyabani küçəsində yaşadığını, xx xxxxx 2021-ci il tarixdə 1200-da Elsevər Restoranında işdən çıxarkən Şəxs onu döydüyünü, onun da özünü qurtarmaq üçün Sərhəd qoşunlarının yanında düşdüyünü, özünə kömək istədiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında Şahid xx xxxxx 2021-ci il tarixdə Tural ilə istirahət etmək üçün Elsevər restoranına getdiklərini, həmin vaxt Turalın keçmiş sevgilisi Elnarənin orada işlədiyini, bu vaxt Elnarə ilə Turalın mübahisəsinin yarandığını, onları sakitləşdirmək üçün həmin məkandan çıxararaq öz avtomobilinə mindirərək ipək yolu istiqamətində şəhərə tərəf sürdüyünü, sərhəd qoşunları hərbi hissəsinin qabağına çatanda Tural ilə Elnarənin mübahisəsinin daha çox böyüdüyünü bu vaxt Turalın Elnarəni sakitləşdirmək üçün vurduğunu, Elnarənin bu vaxtı qışqır-bağır etməyə başladığını, maşını saxlayaraq Elnarəni düşürtdüyünü və öz yoluna davam etdiyini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən xx xxxxx 2021-ci il tarixli 16 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Elburus qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ gözaltı nahiyədə, sağ saidin yuxarı üçdə biri və aşağı üçdə birinin arxa səthindəki qançur küt əşyanın təsirindən törənmişdir, müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən xx xxxxx 2021-ci il tarixdə verilmiş 304 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli 167 nömrəli arayışdan görünür ki, Tağıyev X5 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin № nömrəli inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs iki azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş xx xxxxx 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, iki azyaşlı övladının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar