Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-581/2023 14.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Babək rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, usta işləyən, evli, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli raporta əsasən 12 dekabr 2023-cü il tarixdə Kəngərli RPŞ-nin X1 və Naxçıvan MR DİN-in Cinayət Axtarışı idarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1974-cü il təvəllüdlü, Kəngərli rayon, Təzəkənd kəndi sakini Şəxs xx.xx.2023-cü il tarixində, saat 15:00-da Naxçıvan şəhər, 9-cu məhəllənin qarşısında saxlanılmış, 15:15 radələrində Naxçıvan MR Daxili işlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında kombi ustası işlədiyini, işi üçün materiallar istədiyini, materiallarla yanaşı həmin materialların içində çox az miqdarda marixuana göndərdiklərini, materialların təyyarə ilə göndərildiyini, özünün əvvəllər narkotik vasitə istifadə etdiyini, ona görə həmin marixuananın ona göndərildiyini, axşam vaxtı kafedə olduğunu, həmin vaxt içkili vəziyyətdə olduğunu, marixuana cibində olduğundan onu hazırlayıb istifadə etməyə cəhd etdiyini, lakin yanındakıların ona mane olduqlarını, içkili olduğundan nə etdiyini bilmədiyini, səhəri gün yəni 12 dekabr 2023-cü il tarixdə polislərin onu saxladığını, üzərində axtarış aparıldığı zaman özünün marixuananı onlara təhvil verdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirib ona cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır . İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış HK-90/23 №-li material üzrə vətəndaş Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, toplanmış HK-90/23 №-li material üzrə vətəndaş Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə göndərilməsi, vətəndaş Şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı götürülmüş 01 ədəd narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi -0.392 qram olan narkotik vasitə olan qurudulmuş marixuana Naxçıvan Muxtar Respublikasın daxili işlər Nazirliyinin maddi sübutların saxlanc otağına verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 12 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 12 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək “Palİ Mail” markalı siqaret qutusunun içində bir ədəd ağ rəngli kağız parçasına bükülmüş yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa heç nə aşkar olunmamışdır. Həmin protokoldan və iş materiallarında olan bir ədəd CD-dən görünür ki, şəxsin üzərində axtarış aparılarkən video çəkilişdən istifadə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1221 nömrəli ekspert rəyinə əsasən Ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şübhəli şəxs: Şəxs imza, Müdafiəçi: Əsədulla Vəliyev imza...” ad, soyad və imzalar (05 imza) olan və üzərində “azərbaycan respubükasi DİN Naxçıvan MR DİN zərflər üçün” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçasında 01 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfdə, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,422 qram olan yaşılımtıl rəngli, spesifk iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 14 dekabr 2023-cü il tarixdə saat 15:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şəxs 12 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də inzibati həbsin əvvəli onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş 0.422 (sıfır tam mində dörd yüz iyirmi iki) qram narkotik vasitə olan qurudulmuş marixuananın 0.03 (sıfır tam yüzdə üç) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan qalan hissəsi yəni, 0.392 (sıfır tam mində üç yüz doxsan iki) qramı müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsi dərhal icra olunsun. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan xalis çəkisi 0.392 (sıfır tam mində üç yüz doxsan iki) qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-581/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-581/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver