Məhkəmə qərarları › İş №3(078)-589/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-589/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-589/2025 29.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, xx.xx.2002-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. Həmin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Naxçıvan şəhər Heydər Əliyev prospektində hərəkətdə olan 75CA691 dövlət qeydiyyat nişanlı Audi A5 minik markalı nəqliyyat vasitəsini saxlayan zaman sürücü Türkiyə Respublikası vətəndaşı Şəxs hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs tərəflərindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli təst nəticəsinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2002-ci il təvəllüdlü, Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqanın nümayəndəsi və barəsində protokol tərtib olunan şəxs məhkəmə iclasına gəlməmişdir.

4. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsi və barəsində protokol tərtib olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

5. İş materiallarında olan, 10 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Naxçıvan şəhər Heydər Əliyev prospektində hərəkətdə olan 75CA691 dövlət qeydiyyat nişanlı Audi A5 minik markalı nəqliyyat vasitəsini saxlayan zaman sürücü Türkiyə Respublikası vətəndaşı Şəxs hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs tərəflərindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli təst nəticəsinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2002-ci il təvəllüdlü, Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur.

6. İş materiallarında olan, 10 dekabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən, Oskay X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.

7. 10 dekabr 2025-ci il tarixli, 769 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Oskay X6 müayinədən keçirilmiş və onda THC (tetrahidrokannabinol) və BZO (benzodiazepin) aşkar edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

8. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

9. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

10. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

11. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

12. Maddə 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi:

13.Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. 14.Belə ki, İnzibati xəta haqqında protokola əsasən, Naxçıvan şəhər Heydər Əliyev prospektində hərəkətdə olan 75CA691 dövlət qeydiyyat nişanlı Audi A5 minik markalı nəqliyyat vasitəsini saxlayan zaman sürücü Türkiyə Respublikası vətəndaşı Şəxs hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs tərəflərindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli təst nəticəsinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2002-ci il təvəllüdlü, Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur.Bununla da Oskay X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 15.Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. 16.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar