Məhkəmə qərarları › İş №3(078)-59/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-59/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-59/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Hüseynova Hürü Firudin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Culfa rayon, Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin xx xxxxx 2021-ci il tarixli, 4/1653 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxx 2021-ci il tarixli, 009861 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. xx xxxxx 2021-ci il tarixli, 009861 nömrəli inzibati xəta haqqında həmin protokoldan aydın olur ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə Naxçıvan şəhər Avtovağzal yaxınlığında ucadan səs-küy salaraq nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında həqiqətən də xx xxxxx 2021-ci il tarixdə, saat 09:25 radələrində Culfa şəhərinə getmək üçün Avtovağzalda oturduğunu, həmyerlisi Sabiri gördüyünü, həyətində işlədiyi həmyerlisi Sabir adlı bir şəxsin ona pul borcu olduğunu, ondan pul istədiyini, onun pulu vermədiyini, getdikdən sonra təkrar yadına düşdüyünü, əsəbi olduğundan onun ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini, bir az keçdikdən sonra polis əməkdaşının ona yaxınlaşaraq səs-küy salmağının səbəbini soruşduğunu, onlara həmyerlisinin pul borcu olduğunu, vermədiyi üçün də onun ünvanına bu ifadələri işlətdiyini bildirdiyini, polis əməkdaşlarının da ona ucadan səs salaraq ictimai qaydanı pozduğu üçün inzibati protokol yazmaq məqsədilə polis idarəsinə dəvət etdiklərini, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini, etdiyi əmələ görə peşman olduğunu, xx xxxxx 2021-ci il tarixdən inzibati qaydada tutulduğunu bildirərərək məhkəmədən ona yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Şahid2 xx xxxxx 2021-ci il tarixdə Əliabad qəsəbəsi ərazisində təmizlik işlərinə nəzarət etmək məqsədilə ərazinin sahə inspektoru ilə reyd edən zaman sahə inspektoru Bahadur müəllimə zəng gəldiyini, Avtovağzal yaxınlığında bir nəfər şəxsin uca səslə səs-küy yaratdığını bildirdiklərini, onların da həmin əraziyə getdiklərini, bir nəfər şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini, bunu gördüklərini, sahə inspektorunun həmin şəxsə yaxınlaşaraq səs-küy salmağın səbəbini soruşduğunu, bir nəfər şəxsin ona pul borcu olduğunu, vermədiyi üçün əsəbləşdiyini, həmin şəxsin ünvanına söydüyünü, Bahadur müəllimin də həmin şəxsi sakitləşdirib polis idarəsinə dəvət etdiyini bildirdi. Məhkəmə iclasında izahat verən Şahid1 xx xxxxx 2021-ci il tarixdə ərazinin sahə inspektoru Bahadur müəllimlə ərazinin təmizliyi ilə əlaqədar gəzdiklərini, Bahadur müəllimə zəng gəldiyini, Avtovağzal yaxınlığında bir nəfər şəxsin uca səslə danışdığını, söyüş söydüyü məlumatını verdiklərini, həmin əraziyə gedən zaman bir nəfər tanımadığı şəxsin uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini, polis əməkdaşının da həmin şəxsi sakitləşdirərək inzibati protokol tərtib etmək məqsədi ilə polis idarəsinə apardığını bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 303 nömrəli məktubun surətinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2021-ci il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçdiyi və onda “Praktik sağlam”-diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 63 nömrəli arayışa əsasən Şəxs heç bir növ üzrə pensiya və müavinət almır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra hakimiyyəti Culfa şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 1338 nömrəli arayışa əsasən Şəxs ünvan 5 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin dövlət məşğulluq agentliyi PHŞ Culfa rayon Məşğulluq Mərkəzi tərəfində verilmiş arayışa əsasən Culfa şəhər sakini Şəxs həqiqətən də Culfa rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almır. İş materiallarına əlavə olunmuş xx xxxxx 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 09:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 09:25-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 09:25-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X1 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar