Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-591/2023 29.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Babək rayon, Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, Naxçıvan şəhər, Tumbul kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 20 dekabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 dekabr 2023-cü il tarixli, 017450 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 12 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhər, Tumbul kəndində yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 12 noyabr 2023-cü il tarixdə sübhçağı Naxçıvan şəhər, Tumbul kəndində yerləşən evinin həyətindəki 200 ədəd təbii ot presinin, 3 ədəd traktorun böyük təkərinin, 1 ədəd qabaq xırda təkərinin, həmçinin traktorun ot biçən dişinin ehtiyat hissələrinin naməlum şəraitdə yandığını, evinin həyətində ot tayasını yandıran və ona maddi ziyan vuran şəxsin müəyyən edilərək qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 dekabr 2023-cü il tarixli, 017450 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Tumbul kəndində X4 məxsus 200 ədəd ot presinin və traktor ehtiyyat hissələrinin qəsdən yandırmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş tərəfin onun uşağını İstanbul şəhərinə xəstəxanaya aparmaq adı ilə ondan icazə sənədi aldıqlarını, sonra uşağı İstanbula aparıb gətirdiklərini, 10 gün keçmədən yenidən İstanbula göndərdiklərini, sonra özünün X4 zəng etdiyini, “uşağım haradadır?” dediyini, onun isə cavabında telefonda “Türkiyəyə işləməyə göndərmişəm” dediyini, məhkəmə qərarı ilə həftədə 1 dəfə uşağını görmək hüququnun olduğunu, uşağının qız uşağı olduğunu, qızının 17 yaşı olduğunu, onun İstanbul şəhərinə gedərək orada işləməsini qəbul edə bilmədiyini, həmin vaxt içkili olduğunu, X3 telefonda dediyi sözün ona təsir etdiyini, buna görə də gedib X3 ot tayasını yandırdığını, sonra ot tayasının yanında olan traktorun da hissələrinin yandığını, zərəri ödəmədiyini, maddi imkanının zəif olduğunu, heç yerdə işləmədiyini, zərəri ödəyə bilməyəcəyini, zərər ödəmək üçün pulunun olmadığını, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməlinin qanuna zidd əməl olduğunu bildiyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında evdə olduqları vaxt Şəxs ona zəng etdiyini, onu söydüyünü, “tayanızı yandıracağam, evinizi yandıracağam” dediyini, onun da içkili olduğunu düşündüyünü, buna görə də onun dediklərinə məhəl qoymadığını, içkili olduğunundan o cür danışdığını düşündüyünü, 12 noyabr 2023-cü il tarixdə səhər üzü qonşusunun gecə növbəsindən qayıdarkən onların həyətində yanğını gördüyünü, onları çağırdığını, onun yoldaşının çölə çıxdığını, ot tayasının yanaraq təkərlərin üzərinə düşdüyünü, traktorun təkərlərinin də yandığını, otbiçənin ehtiyat hissələrinin yandığını, bundan başqa Şəxs hər gün içib onların qapısına gəldiyini, söyüşlər söydüyünü, ona vurduğu ziyanı ödəməsini istədiyini, özünün də maddi imkanı aşağı olduğunu onun vurduğu zərəri aradan qaldıra bilmədiyini, buna görə də vurulmuş zərərin ödənməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X8 12 noyabr 2023-cü il tarixdə hadisə yerinə getdiklərini, Şəxs əvvəlcə içkili olduğundan əməli törətdiyini qəbul etmədiyini, sonradan təqsirini qəbul etdiyini, bundan əvvəl Şəxs aliment borcuna görə şəxsi axtarışla Türkiyə Respublikasından gətirildiyini, mülkiyyətində torpaq sahəsi olduğunu, onu verdiyini, aliment ödəmək barədə razılığa gəldiklərini, X3 Şəxs keçmiş qaynatası olduğunu, aralarında tez-tez münaqişələr olduğunu bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli, 017450 nömrəli protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş Materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli 1123 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materiallar əsasında aparılmış tədqiqatlarla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi tövlənin arxa divarından 1.0 metr aralıda preslənmiş saman və ot kipləri yığılmış tayanın avtomobil yoluna baxan tərəfindən yer səviyyəsində yerləşmiş və digər sahələrə (bitişik olan tövləyə) yayılmadan lokal olaraq həmin sahədə inkişaf etmişdir. Yanğının baş verməsinə səbəb (yanğının mənbəyinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən tayaya yığılmış yanan materiallarının (ot-saman kiplərinin və s.) alışması olmuşdur. İş Materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 1124 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 200 ədəd qarışıq ot preslərinin ümumi dəyəri 700.00 (yeddi yüz) manat, 14 noyabr 2023-cü il tarixli ərizədə adları qeyd olunan traktor ehtiyyat hissələrinin ümumi dəyəri isə 1760.00 (bir min yeddi yüz altmış) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili X12 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 622 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.91 promildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, zərərçəkmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 məxsus 200 ədəd ot presini və traktor ehtiyyat hissələrinin qəsdən yandırmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyləri habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimənin məbləği vurulmuş ziyanın bir misli yəni 2460 (iki min dörd yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Qeyd olunan maddənin tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsə vurulmuş zərərin məbləği olan 2460 (iki min dörd yüz altmış) manat məbləğində pul Şəxs alınaraq zərərçəkmiş şəxs X4 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında yəni, 2460 (iki min dörd yüz altmış) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs X4 vurulmuş 2460 (iki min dörd yüz altmış) manat məbləğində zərərin əvəzi Şəxs alınaraq X4 ödənilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-591/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-591/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver