Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-6/2021 18.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, müvəqqəti işsiz, deməsinə görə məhkum olunmayan, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə-1, ev-9 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: xx xxxxxx 2021-ci il tarixdə saat 09:00 radələrində Şəxs üzərindən istifadə etmək üçün şəxsi istehlak miqdarında 2.400 (iki tam mində dörd yüz) qram narkotik vasitə olan qurudulmuş marixuana götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs oğlu məhkəməyə verdiyi izahatında xx xxxxxx 2021-ci il tarixdə dostu olan Elxanla birlikdə Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzinə paltar almaq üçün getdiyini, ticarət mərkəzinin qarşısında siqaret çəkmək üçün dayanan zaman tanımadıqları bir nəfər şəxs onlara yaxınlaşaraq haralı olduqlarını soruşmuş və söhbət əsnasında onda narkoktik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş 1 (bir) kibrit qutusunu 30 manat pul müqabilində satdığını bildirmiş, onları kənara çəkərək üzərində olan narkotik vasitəni göstərmiş dostu olan Elxan bu zaman 30 manat pul verib 1 (bir) kibrit qutusunu almış, özü çəkindiyi üçün oradan uzaqlaşmış lakin əvvəllər də narkotik vasitə istifadə etdiyini və almaq qərarına gəldiyi üçün həmin şəxsə yaxınlaşaraq 30 manat pul müqabilində 1 (bir) kibrit qutusunu da özü üçün aldığını bildirmişdir. Daha sonra dostu Elxanın pulu olmadığı üçün ona 30 manat borc pul verdiyini və ona borcunu nə zaman qaytaracağını soruşmuş, bu zaman dostu pulunun olmadığını olanda qaytaracağını bildirmiş və aralarında mübahisə yaranmışdır. Bu zaman bir nəfər mülki geyimdə olan polis əməkdaşının onlara yaxınlaşaraq özünü təqdim etdiyini və onları Naxçıvan MR Daxili İşlər Nazirliyinə apardığını, orada üzərindən narkotik vasitəni aşkar etdiklərini bildirmişdir. Şəxs etdiyi hərəkətə görə peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən hal şahidi X7 xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşlarının ona yaxınlaşaraq şübhəli bir nəfər şəxsin üzərində baxış keçirəcəklərini bildirib onun iştirak etməli olduğunu bildirdiklərini, onun iştirakı ilə tanımadığı Hikmət adında şəxsin üzərində baxış keçirdiklərini və onun üzərindən bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə aşkar olundu, həmin bükümü ağ zərfə qoyub möhürlədiklərini və onun da imza etdiyini üzərindən maddə çıxan şəxsin həmin vaxtı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdi. Məhkəmədə izahat verən hal şahidi X5 xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşlarının ona yaxınlaşaraq şübhəli bir nəfər şəxsin üzərində baxış keçirəcəklərini bildirib onun iştirak etməli olduğunu bildirdiklərini, onun iştirakı ilə tanımadığı Hikmət adında şəxsin üzərində baxış keçirdiklərini və onun üzərindən bir ədəd kibrit qutusunda yaşıl rəngli kütlə aşkar olundu, həmin bükümü ağ zərfə qoyub möhürlədiklərini və onun da imza etdiyini üzərindən maddə çıxan şəxsin həmin vaxtı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 17 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən götürülmüş təmiz çəkisi 2.400 (iki tam mində dörd yüz) qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narktoik vasitə- qurudulmuş marixuanadır. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 37 nömrəli arayışa əsasən Şəxs dispanserdə müayinə olunmuş, hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan şəhər polikilinikası publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 3715 nömrəli arayışa əsasən Şəxs oğlu həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, praktiki olaraq sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 09 nömrəli arayışdan görünür ki, Məmmədov X2 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta əməli törətdiyini, onun səmimi etirafını yüngülləşdirici hal kimi nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsini necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 2.400 (iki tam mində dörd yüz) qram olan kütlə tərkibinə görə narkotik vasitəqurudulmuş marixuana müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 35 (otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. Həbsin müddəti xx.xx.2021-ci il saat 10:25-dən hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.
4. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 2.400 (iki tam mində dörd yüz) qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.
5. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.