Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-6/2025 17.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyinə, ədalətlilik prinsiplərinin əsas götürülməsinə diqqətlə yanaşılmasını, şikayətinə ədalətli şəkildə baxılıb Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 13 dekabr 2024-cü il tarixdə işlədiyi müəssisəyə fiziki şəxs olaraq ona ünvanlanmış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 09 dekabr 2024-cü il tarixli, 3-17-9-5/2-2229/2024 nömrəli bildiriş, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar daxil olmuşdur. Daxil olma "№ 177, 4 (dörd) vərəq, 13 dekabr 2024" ştampı ilə qeydiyyata alınmışdır. Məktubda vəzifəsi "Direktor vəzifələrini müvəqqəti icra edən" olaraq göstərilsə də, Naxçıvan MR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə bu vəzifəyə 07 yanvar 2024-cü ildə təyin edilmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü bəndinə əsasən 07 aprel 2024-cü il tarixdə bu vəzifəni icra etmə müddəti başa çatmışdır. Həmin tarixdən etibarən bu günədək "Baş həkim" vəzifələrini icra edir. Ona qarşı tətbiq edilmiş inzibati tənbehlə qətiyyən razılaşmır və həmin izibati cərimənin ləğv edilməsini və əsassız sayılmasını xahiş edir. İşçilərin xitam əmrləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) verilmişdir və hər bir işçi öz şəxsi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi üçün yazılı şəkildə müraciət etmişdir. Həmin dövrü əhatə edən tarixlərdə xidmətin ştat cədvəlində (həmin vaxt xidmətin adı Naxçıvan şəhər X8 adlanırdı) kadrlar üzrə mütəxəssis ştatı nəzərdə tutulmamışdı. Buna görə də Naxçıvan MR Səhiyyə Nazirliyinin müvafiq şöbəsinin göstərişi ilə işçilərin xitam əmrləri Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) verilmişdir. Naxçıvan şəhər X8 PHŞ-nin əsasında Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan MR X9 Xidməti PHŞ-nin yaradılması ilə əlaqədar Naxçıvan MR Ali Məclisinin sədri 23 iyun 2023-cü il tarixində müvafiq sərəncam imzalamışdır. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırmanın başlaması xx.xx.2024-cü il tarixdə Naxçıvan MR ƏƏSMN yanında DƏMX tərəfindən aparılan araşdırma nəticəsində Naxçıvan MR X9 Xidməti PHŞ-də çalışan işçilərin əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinin məlum olması ilə bağlı olmuşdur. Tərtib edilmiş protokola nəzər yetirdikdə protokolda İXM-in 192.6-cı maddəsinin pozuntusu aşkar edilmiş, qərarda isə İXM-in 192.6-cı maddəsinin pozulması nəticəsində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətdə ona qarşı tətbiq edilmiş inzibati tənbehlə qətiyyən razılaşmadığını qeyd edərək həmin inzibati cərimənin ləğv edilməsini və əsassız sayılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokolun tərtib edilməsinə əsas kimi xx.xx.2024-cü il tarixdə Naxçıvan MR ƏƏSMN yanında DƏMX tərəfindən aparılan araşdırma nəticəsində Naxçıvan MR X9 Xidməti PHŞ-də çalışan işçilərin əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinin məlum olması rəhbər tutulmuşdur. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 verdiyi izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Şəxsin müdafiə hüququ pozulmaqla həyata keçirilmiş araşdırma heç bir mötəbər sübutlarla təsdiq edilmir, inzibati orqan qanunsuz şəkildə işə baxmış, şikayətin ümumiyyətlə predmeti olmayan məsələ ilə bağlı cərimə tətbiq etmişdir. Şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında bildirmişdir ki, onlar xx.xx.2024-cü il tarixdə yoxlama apararkən bir sıra nöqsanlar aşkarlanmışdır. Azərbaycan Respublikası İXM-in bir neçə maddəsinin pozuntusu aşkar edilmiş, onlardan sanksiyasından ən ağırı olaraq bir maddə üzrə 192.6-cı maddəsinin pozuntusu üzrə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən hər bir sənədləşmə qanunauyğun və qanun çərçivəsində həll edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin 07 yanvar 2024-cü il tarixli əmri ilə, X5 07 yanvar 2024-cü il tarixdən “Naxçıvan MR X9 Xidməti” publik hüquqi şəxsində direktor müavini-baş həkim vəzifəsinə təyin olunmuşdur. “Naxçıvan MR X9 Xidməti” publik hüquqi şəxsində direktor vəzifəsinin icrası müvəqqəti olaraq X2 həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məclisinin sədrinin 22 iyun 2023-cü il tarixli sərəncamı ilə, Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində “Naxçıvan MR X9 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli ərizələr ilə, Nicat Yaqublu və X3 öz ərizələri əsasında işdən azad edilmişlər. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, şikayət təmin edilməklə, qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə geri göndərilməlidir. Şikayətə əlavə edilən sənədlərdən və qərar qəbul edən orqan tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə protokol tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə tənbeh növü tətbiq edilmiş, 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə belə hesab edir ki, işəgötürənin barəsində inzibati xətalar qanunvericiliyinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olubolmamasını aşadırmamışdır. Belə ki, 09 oktyabr 2024-cü il tarixdə yoxlama aparılmış və aşkar olunan nöqsanlar aktlaşdırılmışdır. Həmin nöqsanların aradan qaldırıması barədə 26 noyabr 2024-cü il tarixdə işəgötürən tərəfindən protokol tərtib edən orqana yazılı qaydada məlumat verilmişdir. Məlumatın düzgünlüyü yoxlanılmadan həmin gün 26 noyabr 2024-cü il tarixdə 09 oktyabr 2024-cü il tarixə istinad edilərək işəgötürən barəsində İXM-in bir neçə maddəsi ilə protokol tərtib edilmiş, 09 dekabr 2024-cü il tarixdə isə həmin maddələrin sanksiyasında ən ağır tənbeh tədbirinin tətbiqini nəzərdə tutan İXM-in 192.6-cı maddəsi ilə qərar qəbul edilmişdir. İXM-in 192.6-cı maddəsi üzrə qəbul edilən qərar cərimənin şərti tətbiq edilməsi barədə olmuş, yəni qərarda müəyyən edilmiş nöqsanlar müvafiq müddət ərzində aradan qaldırıldığı halda cərimə ödənilməməsi nəzərə alınmışdır. Belə olan halda əgər həmin nöqsanlar aradan qaldırıla bilən nöqsanlardırsa (cərimənin şərti tətbiq edilməsi barədə qərarın mahiyyəti bunu ehtiva edir) protokol tərtib edən orqan işəgötürən tərəfindən həmin nöqsanların aradan qaldırılmasına dair verdiyi məlumatın düzgünlüyünü yoxlamadan həmin gün protokol tərtib edilməsinin əsasının izah etməlidir. Əgər tərtib edilmiş aktda yol verilən nöqsanlar aradan qaldırılmışdırsa ki, işəgötürən bu barədə sənədləri təqdim edir, protokol tərtib edilən vaxt həmin nöqsanların mövcud olub-olmaması araşdırılmalı idi. Nöqsan varsa protokol tərtib edilməlidir idi. Lakin inzibati protokol tərtib edən orqan heç bir yoxlama aparmadan İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilmiş və müvafiq cərimə tətbiq etmişdir. İşəgötürənin əməlində İXM-in 192.6-cı maddəsinin tərkibininolub-olmaması araşıdırlmamışdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibinin olmasına dair işin faktiki hallarının tam araşdırılması məqsədilə yenidən qərar qəbul edən orqana geri qaytarılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki halda işə baxmaq səlahiyyəti Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə aiddir və belə olan halda İXM-in 192.6-cı maddəsi üzrə tam araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərara aid tələblər sadalanmışdır: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r v e r d i:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə düzgün hüquqi qiymət verilməsi üçün, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.