Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-60/2022 02.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx) , orta təhsilli, işsiz, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: İş materiallarında olan 02 iyun 2022-ci il tarixli raporta əsasən 02 iyun 2022-ci il tarixdə saat 09:20 radələrində Naxçıvan şəhər İ.Məmmədov küçəsində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün bir nəfər şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edilmişdir. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Şəxsdur. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan bir qutu ağ Milano siqaret qutusunun içində şəffaf sellofana bükülmüş sellofanla birlikdə ümumi çəkisi 0.24 qram olan ağ rəngli kristal formada metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün məhkəmədə verdiyi etirafedici izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 02 iyun 2022-ci il tarixdə saat təxminən 09:20 radələrində yaşadığı evdən çıxdığını, şəhərə çay içmək üçün getdiyini, məhəllədən İdris Məmmədov küçəsindən çıxdığını, İ.Məmmədov küçəsi ilə hərəkət edərkən bir nəfər polis əməkdaşının ona yaxınlaşdığını, xidməti vəsiqəsini göstərib özünü təqdim etdiyini, onu narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğu üçün Naxçıvan şəhər Polis İdarəsinə dəvət etdiyini, onun da qəbul etdiyini, onunla polis idarəsinə getdiyini, idarədə onun üzərinə baxış keçirilən zaman iştirak edəcək hal şahidlərini təqdim etdiklərini, hal şahidləri ilə bağlı hər hansı narazılığının olmadığını bildirdiyini, polis əməkdaşlarının ondan üzərində hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddənin olub-olmamasını soruşduqlarını, onun da əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən ağ Milano siqaret qutusunda əvvəldən saxladığı şəffaf sellofana bükülmüş şüşə kimi tanıdığı psixotrop maddəni çıxarıb onlara verdiyini, həmin sellofanda olan psixotrop maddənin onun iştirakı ilə elektron tərəzidə çəkildiyini, onun sellofanla birlikdə çəkisinin 0.24 qram olduğunu, onun və hal şahidlərinin iştirakı ilə həmin bükümün kağız zərflə qablaşdırıldığını, zərfin onların imzaları ilə imzalandığını və möhürləndiyini, həmin zərfin ekspertizaya göndəriləcəyi, ekspertizanın qərarına uyğun qanunvericilikdə nəzərdə tutulmuş qaydada barəsində tədbir görüləcəyinin ona bildirildiyini, özünün narkotik aludəçisi olmasa da arabir narkotik vasitədən istifadə etdiyini, etdiyi hərəkətə görə peşman olduğunu bildirib ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X9 02 iyun 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin qarşısından keçdiyini, bir nəfər polis əməkdaşının onu səslədiyini, onun yanınca hərəkət edən digər şəxsin və onun dayandığını, polis əməkdaşının onlardan idarəyə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilməsində iştirak etməklərini xahiş etdiyini, özünün də bunu qəbul etdiyini, idarəyə daxil olan vaxt həmin şəxsin Naxçıvan şəhər sakini Şəxs olduğunun ona bildirildiyini, polis əməkdaşlarının Şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşduqlarını, onun isə əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən ağ rəngli Milano siqaret qutusunu çıxarıb qutunun içərisində şəffaf sellofana bükülmüş özünün bildirdiyinə görə şüşə adlanan psixotrop maddəni polis əməkdaşlarına təqdim etdiyini, həmin bükümün onların iştirakı ilə elektron tərəzidə çəkildiyini, sellofanla birlikdə ümumi çəksinin 0.24 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X5 02 iyun 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin qarşısından keçdiyini, bir nəfər polis əməkdaşının onu səslədiyini, onun yanınca hərəkət edən digər şəxsin və onun dayandığını, onlardan idarəyə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilməsində iştirak etməklərini xahiş etdiyini, özünün də bunu qəbul etdiyini, idarəyə daxil olan vaxt həmin şəxsin Naxçıvan şəhər sakini Şəxs olduğunun ona bildirildiyini, polis əməkdaşlarının Şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmamasını soruşduqlarını, onun isə əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən ağ rəngli Milano siqaret qutusunu çıxarıb qutunun içərisində şəffaf sellofana bükülmüş özünün bildirdiyinə görə şüşə adlanan psixotrop maddəni polis əməkdaşlarına təqdim etdiyini, həmin bükümün onların iştirakı ilə elektron tərəzidə çəkildiyini, sellofanla birlikdə ümumi çəksinin 0.24 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır . İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 144 nömrəli ekspert arayışına əsasən ekspertiza tədqiqatına təqdim olunmuş "İştirak etdilər 1. X4 2. X1. Tərtib etdi: Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı imza X10..." sözlər və imzalar məzmunlu mətni olan bir ədəd kağız zərfin içərisindəki təmiz çəkisi 0.103 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisnidə dövriyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxil olan metamfetamindir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktuba əsasən Şəxs 02 iyun 2022-ci il tarixdə dispanserdə narko-test vasitəsilə müayinə olunub, nəticə mənfi aşkar olunub və hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş X8 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 02 iyun 2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 402 nömrəli arayışdan görünür ki, Həsənov X6 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 947 nömrəli arayışdan görünür ki, Şəxs öhdəsində 2013-cü il təvəllüdlü X11 və 2007-ci il təvəllüdlü X7 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 137 nömrəli arayışdan görünür ki, Həsənov X6 Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 02 iyun 2022-ci il tarixdə saat 09:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs öhdəsində azyaşlı uşağının olmasını və onun səmimi peşmançılığını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş 0.103 (sıfır tam mində yüz üç) qram psixotrop maddə olan metamfetaminin 0.03 (sıfır tam yüzdə üç) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində saxlanılan qalan hissəsi yəni, 0.073 (sıfır tam mində yetmiş üç) qramı müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsi dərhal icra olunsun. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində saxlanılan xalis çəkisi 0.073 (sıfır tam mində yetmiş üç) qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-60/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-60/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver