Məhkəmə qərarları › İş №3(078)-60/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-60/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-60/2023 31.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə müvafiq sənədlər göndərilərək, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati qaydada toplanmış sənədlərin geri qaytarılması nəzərə alınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən cərimə və dəbbə pulu ödənildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən 529.3-cü maddə üzrə işə baxmaq səlahiyyəti məhkəməyə aid olduğundan, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Daxil olmuş məktubu, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydində deyilir: Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, yuxarıda göstərilən qaydada müəyyən olunduğu kimi, şəxs onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişsə və bu barədə qərar qəbul edilmişsə, həmin qərarı icra etməmişsə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli və 48 saat müddətində protokol digər sənədlərlə birlikdə məhkəməyə göndərilməlidir. İşə məhkəmədə baxılarkən şəxs müvafiq cəriməni və dəbbə pulunu ödəmişsə, bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinə əsasən şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol digər sənədlərlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, məhkəmənin 14 dekabr 2022-ci il tarixli, 3(078)-153/2022 nömrəli qərardadı ilə eyni əsaslarla geri qaytarılmışdır. Lakin sözügedən məhkəmə qərardadından sonra yenidən eyni məzmunlu məktub və inzibati xəta haqqında protokol göndərilərək işin icraatına xitam verilməsi xahiş edilmişdir. Halbuki məhkəmənin icraatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş olmamışdır. Belə olan halda, hazırki vəziyyətdə daxil olmuş məktub və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində göndərilmiş məktub və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş məktub ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar