Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-600/2023 29.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Culfa rayon, Göydərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, evli, 3 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 06 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, 7-ci məhəllə, 5 nömrəli evdə yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 03 noyabr 2023-cü il tarixdə məişət işi ilə məşğul olarkən qayınanası ilə mübahisə olduğunu, dəfələrlə bu cür mübahisələri nəticəsində qayınanasının ona xəsarət yetirdiyini, sağ gözünün və sol qolunun göyərdiyini, bu barədə yoldaşına da xəbər verdiyini, “anam məni dinləməyəcək, heç bir şey edə bilməyəcəm” dediyini, çarəsiz qalıb qayınanasının bibisi qızına şikayət etdiyini, telefonla əlaqə saxlayıb “qaynanan deyir ki, mən heç nə etməmişəm, o özü-özünə xəsarət yetiribdir” dediyini, yoldaşının atasıgillə mübahisə etdiyini, döyülməsinin səbəbini soruşsa da ailə üzvlərinin üzərinə gəldiyini, ona lazımı köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 dekabr 2023-cü il tarixli, 017560 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında oğlu X4 ailəsi ilə birlikdə onlarla eyni həyətdə qaldığını, evlərinin iki mərtəbəli olduğunu, oğlu İlqarın öz ailəsi ilə birlikdə onların evinin birinci mərtəbəsində yaşadığını, gəlini Quliyeva Səriyyənin onun qardaşının qızı olduğunu, qardaşının qızını oğluna aldığını, onların iki övladı olduğunu, gəlini ilə onların arasında uzun müddətdir ki, söz söhbət olduğunu, oğlu ilə də əvvəllər yola getmədiklərini, hətta oğlunu da məhkəməyə verdiyini, sonradan barışdıqlarını, onlar oğlugilin ailəsində söz söhbət olmasın deyə onlarla münasibəti kəsdiklərini, hətta ona görə oğlunu da danışdırmadığını, həyətlərində toyuq hini olduğunu, hər ikisinin də toyuq saxladığını, toyuq hinini də iki yerə böldüklərini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında onun hinə getdiyini, yaddaşından çıxdığı üçün suyun açıq qaldığını, hinin qarşısında olan setkanın içərisinin su ilə dolduğunu, gəlini Səriyyənin ora su olduğu üçün oranı təmizlədiyini, toyuqları açıb həyətə ötürdüyünü, o isə toyuqları setkaya qatdığını, qapını bağladığını, Səriyyənin isə ona nə üçün bağladığını dediyini, səs-küy saldığını, ona qarşı nalayiq sözlər işlətdiyini, onun da onun üzərinə getdiyini, boğazından tutub sıxdığını, sonra isə onu buraxdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında on altı ildir evli olduğunu, iki övladı olduğunu, ünvan 2 ünvanında həyat yoldaşının ailə üzvləri ilə birlikdə yaşadıqlarını, onların yaşadıqları evin iki mərtəbədən ibarət olduğunu, o, həyat yoldaşı və iki övladı ilə birlikdə həmin evin birinci mərtəbəsində yaşadıqlarını, yoldaşının ata, anası və qardaşı ailəsi ilə birlikdə ikinci mərtəbədə yaşadıqlarını, onun yoldaşının anası və onun doğma bibisi olan Şəxs ilə aralarında mütəmadi olaraq söz söhbət olduğunu, o iki ilə yaxındır ki, ona dediyi sözlərə heç bir qarşılıq vermədiyini, axrıncı dəfə də xx.xx.2023-cü il tarixdə onların yaşadıqları ünvan 3 ünvanında həm bibisi, həm də həyat yoldaşının anası olan Şəxs toyuq hininində onu qol nahiyəsindən, üzündən və baş nahiyəsindən ağacla vuraraq xəsarət yetirdiyini, onu döyməsi barədə yoldaşına dediyini, onun isə ona polisə gedib şikayət etməyini məsləhət gördüyünü, qaynanası isə bibisinin qızı Səhnəyə onu vurmadığını, özüözünə xəsarət yetirdiyini dediyini, ona görə də məcbur qalaraq onu polisə şikayət etdiyini, hazırda qaynanası ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 09 noyabr 2023-cü il tarixli, 1567 saylı ekspert rəyində (canlı şəxsin ekspertizası) qeyd edilmişdir ki, X3 bədən səthi üzərindəki xəsarətlər: başın tüklü hissəsində, sol təpə nahiyyəsində, sol yuxarı göz qapağında, sol çiynin arxa səthində, sol bazu nahiyyəsinin orta 1/3 hissəsinin bayır səthində qançırlar, sağ gözaltı nahiyyənin içəri səthində sıyrıq, qançırlar küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə ağac zərbəsinin müvafiq nahiyyələrə çırpılması nəticəsində, sıyrıq isə iti kənarlı əşyanın, həmçinin insan dırnağının sağ gözaltı nahiyyəsinin içəri səthinə sürtünməsi nəticəsində yarana bilərdi. Bu xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsinə xarakterik deyildir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X7 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizəni təqdim edərək Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 3(078)-600/2023 nömrəli inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, heç bir şikayətinin olmadığını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. -53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-600/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-600/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver