Məhkəmə qərarları › İş №3(078)-601/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-601/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-601/2023 30.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, bir uşaq atası, orta təhsilli, 2013-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 27 dekabr 2023-cü ildə, saat 22:50-də Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı X10 ilə birlikdə xidmətdə olduqları zaman Şəxs narkotik vasitələrin dövriyyəsində və narkotik vasitənin təsiri altında olmasında şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 12 mart 2023-cü ildə işləmək üçün Bakı şəhərinə getmişdim. Orada Məhəmmədi kəndində qapı-pəncərə sexində usta işləyirdim. 27 dekabr 2023-cü il tarixdə Naxçıvan-Bakı aviareysi ilə Naxçıvan şəhərinə gələn zaman X12 Limanında 2 nəfər polis əməkdaşı mənə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra məni şübhəli şəxs qismində polis şöbəsinə gətirdilər. Bundan sonra məndən üzərimdə qanunla dövriyyəsi qadağan olunmuş hər hansısa bir vasitənin olub olmadığını soruşdular. Buna cavab olaraq mən də üzərimdə heç bir qanunla dövriyyəsi qadağan olunmuş vasitə olmadığını bildirdim. Daha sonra məni narkoloji test üçün xəstəxanaya apardılar orada sidiyimdən istifadə etdiyim narkotik vasitə aşkar olundu. Əməlimdən peşmanam. Bir daha bu kimin əməllərə yol verməyəcəyəm. Mənə yüngül cəz verilməsini xahiş edirəm. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan BHİ-da Naxçıvan HNPŞ-nın İTB-nin polis nəfəri polis kiçik serjantı X10 ilə birlikdə xidmətdə olduğumuz zaman saat 22:50-də bir nəfər şəxsin Hava Limanının qarşısında özünü şübhəli aparmasını aşkar etdik. Biz həmin şəxsə yaxılaşaraq özümüzü təqdim etdiyimiz zaman şəxsin hərəkətləri və danışıq zamanı normal olmayan mimikalar göstərməsinə görə həmin şəxsin narkotik vasitələr istifadə etməsinə şübhəmiz daha da artdı. Bundan sonra həmin şəxsi Naxçıvan HNPŞ-yə gətirərək NH-yə təhvil verdik. Şəxsdən narkotik istifadə etməsi barədə sorğu etdiyimiz zaman o bunu boynuna aldı. Bundan sonra şəxs bizimlə birlikdə narkotestdən keçirilməsi üçün X8 aparıldı. Orada şəxsdən götürülmüş test nəticəsində şəxsin analizində narkotik vasitələrin istifadəçisi olması pozitiv göstərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X10 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan BHL-da Naxçıvan HNPŞ-nın CAQ-ın əməliyyat müvəkkili polis mayoru X5 ilə birlikdə xidmətdə olduğumuz zaman saat 22:50-də bir nəfər şəxsin Hava Limanının qarşısında özünü şübhəli aparmasını aşkar etdik. Biz həmin şəxsə yaxılaşaraq özümüzü təqdim etdiyimiz zaman şəxsin hərəkətləri və danışıq zamanı normal olmayan mimikalar göstərməsinə görə həmin şəxsin narkotik vasitələr istifadə etməsinə şübhəmiz daha da artdı. Bundan sonra həmin şəxsi Naxçıvan HNPŞ-yə gətirərək NH-yə təhvil verdik. Şəxsdən narkotik istifadə etməsi barədə sorğu etdiyimiz zaman o bunu boynuna aldı. Bundan sonra şəxs bizimlə birlikdə narkotestdən keçirilməsi üçün X8 aparıldı. Orada şəxsdən götürülmüş test nəticəsində şəxsin analizində narkotik vasitələrin istifadəçisi olması pozitiv göstərdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 1964 nömrəli, 29 dekabr 2023cü il tarixli məktubuna əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Y.Budaqov adma Naxçıvan MR X3 narko-test vasitəsiylə müayinə olundu. Nəticə MTD (metadon) və MOP (morfin) müsbət aşkar olundu. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 29 dekabr 2023-cü il tarixdə verilmiş 442 nömrəli rəyə əsasən, Şəxs Opioid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda bstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 82/K nömrəli maddi sübutların müayinəsi aktına əsasən, Şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində Metamfetamin aşkar edildi. Metil, etil propil, vutil və amil spirtləri aşkar edilməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 28 dekabr 2023-cü il tarixli, 94 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsdilə aparılan tibbi müayinə protokoluna əsasən, Şəxs sərxoşluq əlamətləri olmadan MOP, MTD müsbət aşkar olunmuşdur. 28 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 28 dekabr 2023-cü il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar