Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-601/2025 20.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, X5 Polis Şöbəsinin İTP-in inspektoru, polis leytenantı X4 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Yeni Yasamal, Ə.Əhmədov küçəsi, Şərur 1 yaşayış kompleksi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair X5 Polis Şöbəsinin İTP-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi:
1. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X5 Polis Şöbəsinin İTP tərəfindən tərtib edilmiş 20 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.
2. İş materiallarında olan 19 dekabr 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 19 dekabr 2025-ci ildə saat 14:00-da Naxçıvan HNPŞ-in İTB-in polis nəfəri, polis serjantı X11 ilə xidmətdə olduğumuz zaman xx.xx.1984-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Yeni Yasamal Ə.Əhmədov küçəsi Şərur 1 yaşayış kompleksində yaşayan Şəxs qıZİ Naxçıvan-İstanbul reysi ilə İstanbul şəhərinə gedən zaman "SAXLA" statusu olduğu üçün Sərhəd nəzarət postu tərəfindən saxlanılaraq təhvil verildi və şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilmişdir.
3. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, vətəndaş Naxçıvan-İstanbul reysi ilə İstanbul şəhərində gedirdi. Vətəndaşın Nizami rayon Polis İdarəsi tərəfindən “saxla” statusu var idi. Şöbəyə gətirən zaman bilinmişdir ki, oğurluqla bağlı saxla statusu vardır. Narko-testə aparılmış və testin nəticəsi müsbət aşkar olunmuşdur. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 16 dekabr bileti olan zaman hava limanına gecikdiyindən gedə bilməmiş, buna görə də Naxçıvana gəlmiş buradan İstanbula bilet almışdır. Oğurluqdan 2016-cı ildə həbs olunmuş 2024-cü il tarixdə həbsdən çıxmışdır. Barəsində digər oğurluq işinə görə zərərçəkmiş şikayəti geri götürmüşdür. Narkotikdən ilk dəfədir istifadə etmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır.
6. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 20 dekabr 2025-ci il tarixli, 621 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu narkomaniyasından əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin), МЕT (metamfetamin), MTD (metadon) və BAR (barbital) müsbət aşkar olunmuşdur.
7. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19 dekabr 2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur.
8. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
9. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
10. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
11. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
14. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.
15. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir.
17. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir.
18. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 15 gün müəyyən edilməlidir.
20. İnzibati həbsin əvvəli 19 dekabr 2025-ci il tarixdən hesablanmalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı:
xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax şəhəri, Nizami prospekti, mənzil 19 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yeni Yasamal, Ə.Əhmədov küçəsi, Şərur 1 yaşayış kompleksi ünvanında yaşayan X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar
Hakim: Aslan Heydarov.