Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-602/2025 22.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirhəbib oğlunun, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 4 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Mirhəbib oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və X1 Şəhər Məhkəməsinin 2(078)-878/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-157/2020 saylı, xx.xx.2020-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-675/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-353/2025 saylı, xx.xx.2025-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs Mirhəbib oğlu barəsində olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs Mirhəbib oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru X8 tərəfindən Şəxs Mirhəbib oğlunun izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli Şəxs Mirhəbib oğlunun ərizəsindən aydın olur ki, X6 hüquq və vəzifələri izah olunmuşdur. xx.xx.2025-ci il tarixli Şəxs Mirhəbib oğlunun ərizəsindən aydın olur ki, müdafiəçi tutmaq istəmir və bu onun maddi imkanı ilə bağlı deyildir. xx.xx.2025-ci il tarixli Şəxs Mirhəbib oğlunun ərizəsindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-878/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-157/2020 saylı, xx.xx.2020-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-675/2025 saylı, xx.xx.2025-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-353/2025 saylı, xx.xx.2025-ci il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə iş materialları ilə tanış olub və heç bir etirazı yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1456/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-878/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə alimentə dair hissədə dərhal qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-269/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-353/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-675/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərara əsasən borclu Şəxs Mirhəbib oğlunun barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər İcra və X2 Şəhər Polis İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-878/2024 saylı, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarın icrasının dayandırılması barədə göstəriş verməyi xahiş olumuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixdə Şəxs Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər İcra və X3 Kənan Mirhəbib oğluna icra sənədi könüllü icrası haqqında bildirişin çatdırılması üçün xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər 4 N-li Mənzil İstismar İdarəsinə məktub göndərmişdir. Bununla da Şəxs Mirhəbib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs Mirhəbib oğlu oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Mirhəbib oğlu izahatında 4 uşağının olduğunu, 1 övladının onunla qaldığını, digərlərinin anaları ilə yaşadığını, borcunun həm aliment həm bankla əlaqəli olduğunu, son zamanlar ödəniş edəyə bilmədiyini, 10 aydır ödəniş edə bilmədiyini, 12 nömrəli marşrutda işləyərkən qəza etdiyini, qəzaya görə işdən çıxardıqlarını, aylardır işsiz olduğunu, imkanının olmadığını, evinə belə baxa bilmədiyini, ailəsini saxlamaqda belə çətinlik çəkdiyini, özünün hal hazırda avtobus xəttinə işə düzələcəyini, işə başlamaq üçün çağırdıqlarını, lakin polisin onu tutub bura gətirdiyini, sabah gedə bilsə işinin faktiki hazır olduğunu, banklara və digər mağazalara borcunun olduğunu, ödəyə bilmədiyini, evə kondisioner aldığını, evdə qaz olmadığı üçün evi kondionerlə isitmək üçün kondisioneri aldığını, məcbur qaldığını, borclarını əvvəllər daima ödədiyini, 18 ildir ki, aliment verdiyini, son zamanlar işsiz olduğu üçün ödəyə bilmədiyini bildirərək məhkəmədən qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahatında işin icraata 15 iyul 2024-cü ildən daxil olduğunu, dəfələrlə xəbərdarlıq edildiyini, 2024-cü ilin avqustunda əlaqə saxlanıldığını, iş yerinin olduğunu, sonra işdən çıxdığını, aralıqla 3-4 ay işləyib işdən çıxarıldığını, Xəzər rayonunun icra şöbəsindən icra işinin gəldiyini, uzun zamandır alimenti də ödəmədiyini, bank işləri və ABC telekomun işlərinin olduğunu, dəyəcəm dediyini, sonra heç bir xəbər çıxmadığını, ödəniş etmədiyini, axtrarışla gətirildiyini, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs Mirhəbib oğlunun adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs Mirhəbib oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs Mirhəbib oğlunun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs Mirhəbib oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Mirhəbib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-602/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-602/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver