Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-612/2025 25.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X11 iştirakları ilə, xx.xx.2007-ci il tarixində Bakı şəhəri, Xəzər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, Şərur rayonu, Axaməd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Atçılıq qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X14 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X14 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X14 Polis Şöbəsinin CAQ-ın əməliyyat müvəkkili, polis mayoru Rövqan Novruzov tərəfindən tərtib edilmiş 23 dekabr 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 23 dekabr 2025-ci ildə saat 22:16-da X6 polis nəfərləri polis baş serjantları Pərvin Qəhrəmanov və İbrahim Hüseynov, polis serjantları Nəhayət Bağırov və Elxan Eyvazovla birlikdə X19 Limanınında xidmətdə olduqları zaman Aviasiya Təhlükəsizlik, Xidməti əməkdaşları tərəfindən 3 nəfər şəxsin mübahisə etdiyi barədə məlumat almışlar. Mübahisə yerinə çatdıqları zaman sonuncuların mübahisələrinə davam etdiklərini və birbirinin ünvanına nalayiq ifadələr işlətdikləri aşkar etdiklərindən onları nizam-intizama dəvət etsələr də onlar əməllərinə davam etdikləri üçün saxlayaraq barələrində araşdırma aparılması üçün polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxslərin xx.xx.1994-cü il təvəllüdlü Şərur rayon Xətai kəndində qeydiyyatda olan yaşayan X15, xx.xx.1974-ci il təvəllüdlü Şərur rayonu Axaməd kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Atçılıq qəsəbəsində yaşayan X20 və onun oğlu xx.xx.2007-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Həmçinin, polis şöbəsində Cahangir Eyvazov ünvansız nalayiq söyüşlər söyərək qaçmağa cəhd göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 23 dekabr 2025-ci ildə atamla Bakı şəhərinə getmək üçün X19 Limanına getdiyini, Hava limanına getdiyi zaman saat 14:00 radələri olduğunu, bilet almaq üçün kassa növbəsinə durduğunu, Cahangir adlı şəxslə hava limanında tanış olduğunu, 1 saata yaxın müddətdə dost münasibətində hava limanında gəzməyə başladıqlarını, Cahangir Eyvazovun növbənin atasında olmasına baxmayaraq dəfələrlə kassaya yaxınlaşaraq "Mən getməsəm buradan heç kim getməyəcək” deyərək bilet verilməsini tələb etdiyini, bəhanə olaraq sabah Gürcüstan Respublikasının Tiflis şəhərinə bilet olmasını bildirirərək telefonunda nəsə göstərdiyini, atasının ona nəsə dediyini, onun isə cavabında dəfələrlə atasına "osturaq sən boyda olur" dediyini və atasının ünvanına müxtəlif nalayiq ifadələr işlətdiyini, bunu özü eşitdiyi üçün atasının təhqir olunmasına dözməyərək onun sinəsindən itələyərək mübahisə etdiyini, bu zaman onun nalayiq ifadələr işlədərək “gəl çıxaq çölə” dediyini, özünün də ona "gəl çıxaq" dediyini, bundan sonra atasının kənarda dayanaraq mübahisə etmələrinə baxdığını, həmin şəxsin orada olan Aviasiya Təhlükəsizlik Xidməti əməkdaşlarının müdaxiləsinə baxmayaraq üzərinə gəldiyini, özünün kənara çəkilərək gözləməyə başladığını, sonra polis əməkdaşlarının onları saxlayaraq polis şöbəsinə gətirdiklərini, polis şöbəsinə daxil olarkən də onun öz hərəkətlərinə davam etdiyini, bundan sonra polis əməkdaşlarının həmin şəxsi zərərsizləşdirdiklərini, atasının həmin şəxsin ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, həmin şəxsin durduq yerə bilet ala bilmədiyi üçün atasının ünvanına nalayiq ifadə işlədərək onlara hücum etdiyini, ilk növbə özlərinin olduğu üçün onların sırasına keçmək istədiyi üçün nalayiq ifadə işlətdiyini, atasının 1 dəfə şillə vurduğunu, özünün ona qarşı heç bir zor tətbiq etmədiyini, özünün və atasının həmin şəxsin ünvanına heç bir nalayiq ifadə işlətmədiklərini, həmin şəxsin durduq yerə atasına "osturaq sən boyda olur" dediyini və mübahisə etməуə başladığını, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X18 özünün hadisə olan vaxt xidmətdə olmadığını, daha sonra gəldiyini, şəxsin törətdiyi əmələ müvafiq olaraq protokol tərtib edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə xidmətdə olduğu zaman postun əməkdaşlarının ona zəng edərək limanının daxilində kassanın qarşısında 3 nəfər şəxsin mübahisə edərək ictimai qaydanı pozması barədə məlumat verdiklərini, özünün hadisə yerinə gedərək vətəndaşlara yaxınlaşdığını və məsələyə aydınlıq gətirən zaman onların yenə də öz hərəkətlərinə davam edərək bir-birlərinin üzərlərinə yeriməyə başladıqlarını, daha sonra araşdırma aparılması üçün vətəndaşları polis şöbəsinə dəvət etdiklərini və növbətçi hissəyə təhvil verdiklərini, polis şöbəsində vətəndaşların üzərinə baxış keçirilən zaman Cahangir Eyvazovun qışqıraraq uca səslə heç bir qanun pazuntusu etmədiyini deyərək qaçmağa cəhd göstərdiyini və özlərinin şəxsi saxlayaraq zərərsizləşdirdiklərini bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə saat 22:16-da Naxçıvan BHL-da xidmətdə olduğu zaman kassanın qarşısında üç nəfər şəxsin mübahisə etməsini və bir-birinin ünvanına nalayiq ifadələr işlətməklə ucadan səs salmasını gördüyünü, özlərinin həmin şəxslərə yaxınlaşlaraq aralamağa çalışsalar da onların bir-birləri ilə mübahisə etməyə çalışdığını, hər üç şəxsin bir-birinin ünvanına nalayiq ifadələr işlətməyə davam etdiyini, bundan sonra özlərinin hava limanında xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat verdiklərini, bundan sonra polis əməkdaşlarının həmin əraziyə gələrək həmin şəxsləri nizam intizama dəvət etdiklərini, onların yenə də bir-birinə nalayiq ifadələr işlətdiyini, bundan sonra polis əməkdaşlarının hər üç şəxsi saxlayaraq polis şöbəsinə apardıqlarını bildirdi. X13 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə xidmətdə olduğu zaman reys yendiyi üçün çöldə post yoldaşları ilə xidmət apararkən aviasiya təhlükəsizlik xidmətinin əməkdaşlarının onları çağıraraq hava limanının daxilində kassanın qarşısında 3 nəfər şəxsin mübahisə edərək ictimai qaydanı pozması barədə məlumat verdiklərini, içəri daxil olaraq vətəndaşlara yaxınlaşdıqlarını və məsələyə aydınlıq gətirən zaman onların yenə də öz hərəkətlərinə davam edərək bir-birlərinin üzərlərinə yeriməyə başladıqlarını, daha sonra araşdırma aparılması üçün vətəndaşları polis şöbəsinə dəvət etdiklərini və növbətçi hissəyə təhvil verdiklərini, polis şöbəsində vətəndaşların üzərinə baxış keçirilən zaman Cahangir Eyvazovun qışqıraraq uca səslə heç bir qanun pozuntusu etmədiyini deyərək qaçmağa cəhd göstərdiyini və özlərinin şəxsi saxlayaraq zərərsizləşdirdiklərini bildirdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə xidmətdə olduğu zaman reys yendiyi üçün çöldə post yoldaşları ilə xidmət apararkən aviasiya təhlükəsizlik xidmətinin əməkdaşlarının onları çağıraraq hava limanının daxilində kassanın qarşısında 3 nəfər şəxsin mübahisə edərək ictimai qaydanı pozması barədə məlumat verdiklərini, içəri daxil olaraq vətəndaşlara yaxınlaşdıqlarını və məsələyə aydınlıq gətirən zaman onların yenə də öz hərəkətlərinə davam edərək bir-birlərinin üzərlərinə yeriməyə başladıqlarını, daha sonra araşdırma aparılması üçün vətəndaşları polis şöbəsinə dəvət etdiklərini və növbətçi hissəyə təhvil verdiklərini, polis şöbəsində vətəndaşların üzərinə baxış keçirilən zaman Cahangir Eyvazovun qışqıraraq uca səslə heç bir qanun pozuntusu etmədiyini deyərək qaçmağa cəhd göstərdiyini və özlərinin şəxsi saxlayaraq zərərsizləşdirdiklərini bildirdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə saat 14:00 radələrində Bakı şəhərinə getmək üçün X19 Limanına getdiyini, Hava Limanına çatdıqdan sonra bileti olmadığı üçün 2 ədəd sıra çəkib gözlədiyini, kassada işləyən əməkdaşın ona getməyini və axşamüstü gələrək bilet ala biləcəyini dediyini, özünün dekabr ayının 24-nə saat 15:40-da Bakı şəhərindən Gürcüstana və oradan da Moskva şəhərinə bileti olduğunu, daha sonra özünün kassanın növbə rəisinə yaxınlaşaraq Bakı-Moskva bileti olduğunu və getməyi üçün köməklik etməsini istədiyini, onun isə saat 22:40-da axırınıcı reysə kimi yola salınacağını bildirdiyini, daha sonra özünün şəhərə gedərək yemək yediyini və saat 17:00 radələrində yenidən hava limanına gəldiyini, satış verildiyini və axşamüstü olan reyslərə biletlərin satıldığını, özünün məcbur gecə reysini gözləməli olduğunu, gecə olan zaman kassanın qarşısında hardasa 4-5 nəfər adam qaldığını, orada tanımadığı bir şəxsin ona "deyirsən sabah Bakı-Moskva reysinə biletin var göstər görüm osturağa basırsan" dediyini, o sözdən sonra özünün şəxsə "bu nə danışıqdır, ayıbdır yaşına başına hörmət elə bığından utan" dediyini, o sözdən sonra həmin şəxsin oğlunun özünün sinəsindən yapışdığını, atasının isə kənardan ona yumruq atdığını, bu zaman özünün pul qabının telefon ilə birlikdə yerə düşdüyünü və telefonunun ekranı qırıldığını, daha sonra aviasiya təhlükəsizlik xidmətinin əməkdaşlarının və orada olan vətəndaşların onları aralamağa çalışdığını, daha sonra polis əməkdaşlarının oraya gəldiyini və ictimai qaydanı pozduqlarını, onları polis şöbəsinə gətirdiklərini, polis şöbəsinə gəldikdən sonra özünün heç bir günahının olmadığını və heç bir qanun pozuntusu etmədiyini, zərər çəkən şəxsin özünün olduğunu bildirdiyini, şöbədə üstünə baxış keçirildiyini və telefonunun ekranının qırıldığını gördüyünü və bunu polis əməkdaşlarına bildirdiyini, şöbədə olan zaman polis əməkdaşlarına sabaha saat 15:40-da Bakı şəhərindən Gürcüstana və oradan da Moskva şəhərinə bileti olduğunu və burada qalsa biletinin yanacağını nəzərlərinə çatdırdığını, həmin şəxslər tərəfindən ona dəymiş ziyanının tam ödənilməsinə köməklik göstərilməsini istədiyini, heç bir nalayiq ifadə istifadə etmədiyini bildirdi. X9 məhkəmə iclasında verdiyi ifadəsində 23 dekabr 2025-ci ildə Bakı şəhərinə getmək üçün X19 Limanına gəldiyini, Hava limanına gəldiyi zaman saat 14:00 radələri olduğunu, bilet almaq üçün kassa növbəsinə durduğunu, saat 18:00-da oğlu Şəxs da özünün yanına gəldiyini, oğlunun Cahangir adlı şəxslə hava limanında tanış olduğunu, 1 saata yaxın müddətdə onların dost münasibətində hava limanında gəzməyə başladıqlarını, Cahangir Eyvazovun sıra onda olmasına baxmayaraq dəfələrlə kassaya yaxınlaşaraq bilet verilməsini tələb etdiyini, bəhanə olaraq sabah Gürcüstan Respublikasının Tiflis şəhərinə bilet olmasını bildirdiyini, özünün ona “həqiqətən də sənin biletin yanırsa növbəmi sənə verim" dediyini, o isə bileti göstərmək istəmədiyi üçün onun yalan danışdığını hiss etdiyini və ona "yalandan osturağa basmaq lazım deyil" dediyini, onun isə cavabında dəfələrlə "osturaq sən boyda olur" dediyini, bunu oğlu eşitdiyi üçün atasının təhqir olunmasına dözməyərək onun sinəsindən itələyərək "ağlıvı başıva yığ" dediyini, bundan sonra onunla oğlunun mübahisə etdiyini, həmin şəxsin orada olan Aviasiya Təhlükəsizlik Xidməti əməkdaşlarının müdaxiləsinə baxmayaraq övladının üzərinə getdiyini, bu halda polis əməkdaşlarının onları saxlayaraq polis şöbəsinə gətirdiklərini, polis şöbəsinə daxil olarkən də onun öz hərəkətlərinə davam etdiyini, bundan sonra polis əməkdaşlarının həmin şəxsi zərərsizləşdirdiklərini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 dekabr 2025-ci il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD-ə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı hava limanının daxilində kassanın qarşısında Şəxs, X20 və X15 olduğu məlum olan üç nəfərin söhbət etdiyi, daha sonra onlar arasında münaqişə başladığı, Şəxs X1 yapışdığı, X17 isə kənardan ona yumruq atdığı, ətrafda olan şəxslərin onları aralamağa çalışdığı, hava limanının əməkdaşlarının da onları ayırmağa çalışdığı, lakin onların mübahisəyə davam etdikləri, bir-birlərinin üstünə yeridikləri, daha sonra polis əməkdaşlarının gəldiyi, polis əməkdaşları gəldikdən sonra belə onların mübahisəyə davam etdikləri müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək o, maddənin sanksiyasının həddi daxilində 50 (əlli) manat məbləğində cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-612/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-612/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver