Məhkəmə qərarları › İş №3(078)-62/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-62/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-62/2022 07.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, iki uşaq atası, orta təhsilli, İğdır turizmin Naxçıvan bölgəsində dispeçir işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Sadiqov X6 şəhəri ərazisində saxlanılmış, şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd siqaret qutusuna yerləşdirilmiş bükülü vəziyyətdə 0.12 qram Metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar edilərək götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, İğdırlı turizmdə işlədiyini, işi ilə əlaqədar gününü avtovağzalda keçirdiyini, 02 iyun 2022-ci il tarixdə işdə olduğunu, bir nəfər Türkiyə Respublikası vətəndaşı ilə həmsöhbət olduğunu, onun kök olmağı ilə əlaqəli nə üçün arıqlamadığı ilə bağlı söhbət etdiyini, sosial şəbəkələrdə şüşə kimi tanınan maddənin insanı arıqlatdığını bildiyini, necə əldə edə biləcəyini ondan soruşduğunu, onun da ona Lark siqaret qutusu verdiyini, içində bükümdə ondan istədiyi şüşənin olduğunu bildirdiyini, həmin bükümlə bağlı, istifadəsi ilə bağlı ondan soruşduğunu, ona 20 manat pul verdiyini, 03 iyun 2022-ci il tarixdə evdən çıxdığını, saat təxminən 15 radələrində 2 nəfər şəxsin ona yaxınlaşdığını, ona özlərinin DTX əməkdaşları olduqlarını bildirərək onun üzərində şəxsi axtarış aparacaqlarını bildirdiklərini, 2 nəfər də digər şəxsin hal şahidi qismində iştirak edəcəyini dediklərini, ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, əgər varsa təqdim etməyini tələb etdiklərini, türkdən aldığı həmin o bükümü cibindən çıxarıb onlara təqdim etdiyini, bükümün tərəzidə çəkildiyini, ondan izahat alındığını, materialın polis idarəsinə veriləcəyini deyib onu buraxdıqlarını, sonra ona Naxçıvan Şəhər Polis İdarəsinə 07 iyun 2022-ci il tarixdə dəvət olunmağı ilə bağlı məktub göndərildiyini, 07 iyun 2022-ci il tarixdə Polis İdarəsinə gəldiyini, baş vermiş hadisə ilə bağlı izahat verdiyini, iki uşağının olmasını, peşman olmasını, bir daha bu hallara yol verməyəcəyinin nəzərə alınmaqla qanuni qərar verilməsini xahiş etdi. Məhkəmədə izahat verən hal şahidi X5, 03 iyun 2022-ci il tarixdə Naxçıvan şəhəri, Şəhriyar küçəsindən trikotaja tərəfə getdiyini, saat təxminən 15:00 radələrində 2 nəfər mülki geyimdə şəxsin ona və onun yanınca hərəkət edən digər şəxsə yaxınlaşaraq özlərinin DTX əməkdaşları olduqlarını bildirib 1 nəfər şübhəli şəxsin üzərinə baxış keçirəcəklərini bildirib onların hal şahidi qismində şəxsi axtarış zamanı iştirak etməklərini xahiş etdiklərini, qəbul etdiklərini, təxminən 5-10 dəqiqə sonra 1 nəfər kök bədən quruluşlu 35-40 yaşlarında kişinin gəldiyini, əməkdaşların həmin şəxsə yaxınlaşdıqlarını, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına dair şübhələrinin olduğunu bildirib onun üzərində şəxsi axtarış aparacaqlarını bildirdiklərini, həmin şəxsin Şəxs olduğunu bildirdiyini, şalvarının sağ yan cibindən Lark markalı siqaret qutusu çıxarıb üzərində həqiqətən də psixotrop maddə olan şüşə kimi tanıdığı maddənin olduğunu bildirdiyini, həmin siqaret qutusunun onların iştirakı ilə açıldığını, içərisində 1 ədəd sellofan büküm olduğunun görüldüyünü, həmin bükümün əməkdaşlarda olan elektron tərəzi ilə çəkildiyini, bükümün çəkisinin 0.12 qram olduğunun onlara məlum olduğunu, bükümün zərfə qoyularaq qablaşdırıldığını bildirdi. Məhkəmədə izahat verən hal şahidi X4, 03 iyun 2022-ci il tarixdə Naxçıvan şəhəri, Xıncab məhəlləsi kimi tanıdığı ərazidə köhnə trikotaja tərəfə saat təxminən 15:00 radələrində hərəkət etdiyini, 2 nəfər mülki geyimdə şəxsin ona və onun yanınca hərəkət edən digər şəxsə yaxınlaşaraq özlərinin DTX əməkdaşları olduqlarını bildirib 1 nəfər şübhəli şəxsin üzərinə baxış keçirəcəklərini bildirib onların hal şahidi qismində şəxsi axtarış zamanı iştirak etməklərini xahiş etdiklərini, qəbul etdiklərini, təxminən 5-10 dəqiqə sonra 1 nəfər kök bədən quruluşlu 35-40 yaşlarında kişinin gəldiyini, əməkdaşların həmin şəxsə yaxınlaşdıqlarını, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına dair şübhələrinin olduğunu bildirib onun üzərində şəxsi axtarış aparacaqlarını bildirdiklərini, həmin şəxsin Şəxs olduğunu bildirdiyini, şalvarının sağ yan cibindən Lark markalı siqaret qutusu çıxarıb üzərində həqiqətən də psixotrop maddə olan şüşə kimi tanıdığı maddənin olduğunu bildirdiyini, həmin siqaret qutusunun onların iştirakı ilə açıldığını, içərisində 1 ədəd sellofan büküm olduğunun görüldüyünü, həmin bükümün əməkdaşlarda olan elektron tərəzi ilə çəkildiyini, bükümün çəkisinin 0.12 qram olduğunun onlara məlum olduğunu bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022ci il tarixli, 147 nömrəli ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş üzərində “ünvan 2 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 0.12 qram Metamfetamin psixotrop maddəsinə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd kağız zərfin içərisindəki “LARK” adlı siqaret qutusunda şəffaf sellofana bükülmüş təmiz çəkisi – 0.12 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; İİ bənd; sıra №27) daxil olan - metamfetamindir. 04 iyun 2022-ci il tarixli, 29/2397 nömrəli məktuba əsasən, Şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.08 qram Metamfetamin adlı psixotrop maddə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanc otağında saxlanılır. Naxçıvan MR-in Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş 355 nömrəli arayışa əsasən, Şəxs 07 iyun 2022-ci il tarixdə, saat 10:20-də Y.Budaqov adına Naxçıvan MR-in X2 sidik narko-test vasitəsilə müayinə olundu. Nəticə amfetamin (AMP) və barbiturat (BAR) müsbət aşkar olundu. Hazırda heç bir abstinensiya əlaməti olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş 1958 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə tibbi müayinədən keçirmiş və onda praktik sağlam diaqnozu müəyyən olunmuşdur. 07 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 07 iyun 2022-ci il tarixdə, saat 09:50-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin səmimi peşmançılığını, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyə\n edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsini necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 0.08 qram olan metamfetamin psixotrop maddəsi müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbsin müddəti 07 iyun 2022-ci il tarixdən, saat 09:50-dən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin.

4. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 0.08 qram olan metamfetamin psixotrop maddəsi müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.

5. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar