Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-620/2025 26.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs polis kapitanı X3 iştirakı ilə, xx.xx.2074-cü il təvəllüdlü, subay, 1 uşaq atası, əvvəlcə məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış inzibati xəta haqqında material göndərilmişdir. Narkotiklə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43/1-19209/2025 nömrəli raportdan aydın olur ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs 25 dekabr 2025-ci il tarixdə, saat 18:30-da Naxçıvan şəhəri ərazisində saxlanılmış, saat 18:45-də Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdirlər. Narkotiklə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Zaur Talıbov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43/1-9816/2025 nömrəli raportdan aydın olur ki, Naxçıvan şəhər ərazisində Namiq adlı şəxsin narkotik vasitələri, psixotrop maddələri əldə etməsinə, saxlamasına və qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması Namiq adlı şəxsin cinayət əməlinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Əməliyyat qrupunun təşkil edilməsi barədə protokola, əsasən, Naxçıvan şəhər ərazisində Ayaz adlı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi saxlanılması və qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatının yoxlanılması və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olundu və bütün iştirakçılara davranış xətti izah edildi. Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərara, əsasən, Naxçıvan MR DİN-in Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması, Ayaz adlı şəxsin olduğu yer müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsini və 9-cu bəndini rəhbər tutaraq müşahidə aparılması və keçiriləcək tədbir zamanı zərurət yarandığı halda Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirlər davam etdirilməsi qərara alınmışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-xx-xx/7319/2025 nömrəli əmri ilə qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Naxçıvan MR Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması əmri verilmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarına Şəxs izahatı və şəxsiyyət vəsiqəsinə dair elektron məlumatın surəti əlavə edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyin Narkotiklə Mübarizə idarəsinin 6.12.2025-ci il tarixli 3-13-43/2-19222/2025 saylı məktubuna cavab olaraq bildirilir ki, 5.12.2025-ci il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində ünvan 1 ünvanda qeydiyyatda olan 1974-cü il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsindən MET (Metamfetamin), AMP (Amfetamin) müsbət aşkar olundu. MTD (-),MDMAА (-), СОС (-),OPİ (-), BUP (-), PCP (-), MOP (-), BZO (-), BAR (-), THC (-) aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2025-ci il tarixli 633 saylı rəyinə, əsasən, Şəxs Epizodik metamfetamin narkomaniyasından əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə МЕТ (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt şəxsin izahatı və Y.Budaqov adına Naxçıvan MR X1 633 saylı rəyi ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı və ******* nömrəli İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materiallara baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “X12 Haqqında” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuşdur. “X14 X13 X7” xx.xx.2025-ci il tarixli protokola, əsasən, Şəxs heç bir əşya aşkar edilməmişdir. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçisi X4 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xəstə olduğunu, qara ciyar serrozu olduğunu, Naxçıvana sənədlərə bağlı gəldiyini, pensiya işi ilə bağlı sənəd topladığını, 1 gün qabaq tutulduğunu, özünün daimi istifadə edən olmadığını, daimi narkotik istifadə etmədiyini, özünün məhkumluğunun olduğunu, 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə məhkum olduğunu, 5-6 aydır çıxdığını, özünün evli olduğunu, 1 övladının olduğunu, övladının 25 yaşı olduğunu, Naxçıvana gəlməzdən 1 gün əvvəl istifadə etdiyini, etdiyi əmələ görə peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs polis kapitanı X5 izahatında şəxsin evli olmadığını, evliliyindən boşandığını, subay olduğunu, şəxsdən narkotik vasitə aşkarlanmadığını, sadəcə istifadə ilə sənədləşdirdiklərini, lakin daşınması və satışı ilə bağlı məlumatın daxil olduğunu bildirərək, qanuni qərar verilməsini xahiş etmişdir Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs səmimi etirafını yüngülləşdirici hal kimi nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş üzrə X12 protokolundan aydın olur ki, Şəxs 25 dekabr 2025-ci il tarixdə tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 25 dekabr 2025-ci il tarixdən hesablanması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxs görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmin Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X12 müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. X6 Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, X12 müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. “Y.Budaqov” adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixli 633 saylı rəyində Şəxs hazırda abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 17 ( on yeddi ) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-620/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-620/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver