Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-63/2021 01.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Vətəndaş Şəxs 01 may 2021-ci il tarixdə Naxçıvan şəhəri, Təbriz küçəsində səsküy salaraq nalayıq ifadələr işlətdiyindən polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında həqiqətən də, 01 may 2021-ci il tarixdə yaşadığı Təbriz küçəsində hərəkətdə olarkən Bakı şəhərində yaşayan oğlu Fəridin qarasınca uca səslə nalayiq ifadələr işlətdiyini, həmin vaxt polis sahə inspektoru Sərxan müəllimin ona yaxınlaşıb nizam-intizama dəvət etdiyini, əsəbi olduğu üçün ona məhəl qoymadığını, polisə “özüm bilərəm şəxsi məsələmdir” dediyini, polis əməkdaşı ilə mübahisəsinin ətrafdan keçən bir neçə nəfərin gördüyünü, Sərxan müəllimin onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini, bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 01 may 2021-ci il tarixdə Naxçıvan şəhəri, Təbriz küçəsində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, məhkəmə baxışı iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahatında 01 may 2021-ci il tarixdə Naxçıvan şəhəri Təbriz küçəsində bir nəfərin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, onu nizamintizama dəvət etdiyini, lakin onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyini, həmin şəxsin Naxçıvan şəhər sakini Şəxs olmasının müəyyən edildiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid X6 izahatında 01 may 2021-ci il tarixdə Naxçıvan şəhəri Təbriz küçəsi ilə hərəkət edərkən səs-küy eşitdiyini, diqqətini cəlb etdiyi üçün ora yaxınlaşdığını, bir nəfər tanımadığı şəxsin polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü bildirdi. Məhkəmə baxışı iclasında şahid X8 izahatında 01 may 2021-ci il tarixdə Karvan kafesinin arxasınca getdiyini, həmin yerdə səs-küy eşitdiyini, yaxınlaşdıqda bir nəfər şəxsin polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü, polis əməkdaşının nizamintizama dəvət etdiyini, həmin şəxsin isə onun tələblərinə qəsdən tabe olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X10 tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 488 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər şöbəsi tərəfindən verilmiş 01 may 2021-ci il tarixli, 180 nömrəli arayışdan görünür ki, Hüseynov X2 MR Dövlət Sosial Müdafiə Fondu X10n Naxçıvan Şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 01 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-63/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-63/2021
01.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver