Məhkəmə qərarları › İş №3(078)-64/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-64/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-64/2022 16.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Naxçıvan MR Şərur rayon Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, təqaüdçü, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan MR Şərur rayon Zeyvə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli polis bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli polis bölməsinin 16 iyun 2022-ci il tarixli, 5/3-95 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 16 iyun 2022-ci il tarixli, 009838 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 16 iyun 2022-ci il tarixli, 009838 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 16 iyun 2022-ci il tarixdə saat 1500 radələrində Naxçıvan şəhəri, H.Əliyev adına sarayın qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında onun Naxçıvan MR Şərur rayon, Zeyvə kəndində qeydiyyatda olduğunu və yaşadığını, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində evdə olan zaman əvvəlcədən tanıdığı pul borcu olan Seymur adlı şəxsin ona zəng edərək ona olan pul borcunu istədiyini, onun da pulunun olmadığını Seymura bildirdiyini, həmin vaxt onların telefonda bir-biri ilə mübahisə etməyə başladığını, sonra Seymurun onunla görüşmək üçün onu Naxçıvan şəhərinə çağırdığını, onun da həmin vaxt əynini dəyişərək kəndə olan yol maşınların birinə əyləşib Seymurun dediyi yerə getdiyini, təqribən saat 15:00 radələrində Heydər Əliyev adına olan sarayın qarşısında düşdüyünü, Seymura zəng etdiyini, Seymurun isə gec gələcəyini ona bildirdiyini, onunda bunun sözünə əsəbləşərək telefonda uca səslə ona nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etdiyinə görə ərazidə xidmət aparan polis əməkdaşının ona yaxınlaşaraq onu nizam intizama dəvət etdiyini, onun da polis işçisinin qanuni tələbinə tabe olduğunu və onu etdiyi hərəkətin xırda xuliqanlıq olduğunu ona izah etdikdən sonra onu 1 №-li Polis Bölməsinə apardıqlarını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəməyə verdiyi izahatında xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Mədəniyyət Nazirliyində xidmətini yerinə yetirən zaman binanın çöl hissəsindən səs-küy gəldiyini eşidib çölə çıxdığını və həmin vaxt bir nəfər şəxsin telefonla uca səslə danışaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, ərazidə xidmət aparan polis əməkdaşının həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etdiyini, həmin şəxsin də polis işçisinin qanuni tələbinə tabe olduqdan sonra polis əməkdaşının həmin şəxsi Polis Bölməsinə apardığını, sonradan səs-küy salan həmin şəxsin Şərur rayon Zeyvə kənd sakini Şəxs olduğunu öyrəndiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, tibbi arayışın təsdiq olunmuş surətinə əsasən, Şəxs xəstəxanada tibbi müayinədən keçmiş və ona sağlam diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 02/1329 nömrəli arayışa əsasən Şəxs Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müharibə veteranı kimi qeydiyyatda durur və ona hər ay 80 (səksən) manat Prezident təqaüdü ödənilir. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri-həyat yoldaşı və iki oğlu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Şərur rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 04/85 nömrəli arayışdan görünür ki, Şəxs Şərur rayon Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. Naxçıvan MR DSMF PHŞ Şərur rayon şöbəsi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 08/289 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixədək DSMF Şərur rayon şöbəsindən heç bir növ pensiya ilə təmin olunmur. İş materiallarına əlavə olunmuş 16 iyun 2022-ci il tarixli, inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 iyun 2022-ci il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidin izahatını dinləyib inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal isə onun əməlindən səmimi peşman olmasıdır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halın olmamasını və məsuliyyəti yüngülləşdirən halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 16 iyun 2022-ci il tarixdən saat 15:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 16 iyun 2022-ci il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar