Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-64/2023 31.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, evli, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri, Xətai 25/5A ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasının qarşısında aralarında yaranmış mübahisə zəminində baldızı Günay Nurməmmədova və qayınatası Şəxs onu döymüşdür. X6 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru polis leytenantı X7 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 31 yanvar 2023-cü il tarixdə 008661 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında xx.xx.2023-cü il tarixdə qızı Günayın məhkəmə prosesi qurtardıqdan sonra saat 15:30 radələrində o, məhkəmə zalından çıxanda gəlini Məhsəti telefonu ona tərəf tutaraq qışqıra-qışqıra onu söymüş, həmin vaxt Məhsətiyə yaxınlaşaraq əlinin üstündən vuraraq telefonu yerə salmış, bir şillə vurmuşdur. O oğluna bir ev və iki maşın vermişdir. Özü qazancı hesabına həmin əmlakları əldə etmişdir. Daha sonra oğlundan yük maşınını geri tələb edəndə, oğlu və gəlini həmin maşını ona verməmişdir. Bu məsələlər həmin vaxtdan başlamışdır. Qızı və oğlu arasında hazırda təhqirə görə məhkəmə işi vardır. Bu hadisə də həmin məhkəmə iclasından çıxarkən baş vermişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında baldızı ilə həyat yoldaşının məhkəmə prosesləri ilə bağlı olaraq xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin binasına gəldiklərini, məhkəmə prosesi qurtardıqdan sonra məhkəmənin həyətində qayınatası Fazil onu və həyat yoldaşı Namiqi təhqir edəndə o, telefonu çıxarıb sübut etmək üçün çəkmək istəmiş, Şəxs ona yaxınlaşaraq qolundan vuraraq telefonu yerə salmış, sonra onun başından, üzündən yumruqla vuraraq sağlamlığına zərər vurmuşdur, o həm qayınatasından, həm də baldızından şikayətçidir, qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən xx.xx.2023-cü il tarixli 83 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər üzün sağ yarısında qızartı və şişkinlik, boynunun kökündə iki ədəd qançır var. Qançır küt alətin təsirindən törənə bilərdi və eləcə də döyülmə zamanı yarana bilərdi. Xəsarətin müddəti müayinə gününə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 68 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/248 nömrəli arayışa əsasən Talıbov X8 qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 82 nömrəli arayışa əsasən Talıbov X3 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 31 yanvar 2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də inzibati xəta törədən şəxsin yaşını, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan məbləğdə 350 manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-64/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-64/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver