Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-65/2023 31.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, Babək rayon Hacıvar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Vətəndaş Şəxs 28 yanvar 2023-cü il tarixdə saat 07:12 radələrində Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 125-in qarşısında “Qazel” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə özünün şübhəli apardığı üçün polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan kim olduğunu və nə məqsədlə burada gözlədiyini soruşmuş, lakin sürücü “özüm bilərəm siz kimsiz, sizə nə var mən kiməm” deyərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmiş, avtomobili saxlanılan yerdən sürərək uzaqlaşmış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 28 yanvar 2023-cü il tarixdə idarə etdiyi atasına məxsus “Qazel” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəlilli kəndinə mebel aparmış, sonra Naxçıvan şəhərinə qayıdıb “uşaq şəhərciyi” adlanan yerdə avtomobili saxlayıb ərzaq mağazasından spirtli içki almış, avtomobildə içkini qəbul etmişdir. Sonra polis əməkdaşları ona yaxınlaşaraq onun burada nə məqsədlə durduğunu soruşduqda o, polisə kobud cavab vermiş, onun içkili olduğunu hiss edən polis əməkdaşları ona avtomobildən düşməyi deyəndə o, içkili olduğu üçün maşını sürərək oradan uzaqlaşmış, polis əməkdaşının əmrinə tabe olmamışdır. 31 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 özünün Naxçıvan Şəhər Polis İdarəsində Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsində əməliyyat-istintaq qrupunda olduğu zaman 102 xidmətindən zəng gələrək Naxçıvan şəhər İstiqlal küçəsində şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs barəsində məlumat daxil olmuş, həmin şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-istintaq qrupunun ictimai təhlükəsizlik şöbəsi üzrə polis sahə inspektoru polis leytenantı X1 ilə həmin şəxsə yaxınlaşmış, Qazel markalı nəqliyyat vasitəsində oturan şəxsin şübhəli hərəkətləri diqqəti cəlb etdiyini və onu sərxoş olduğunu hiss etdiklərindən onu həkim müayinəsindən keçirmək üçün avtomobildən aşağı düşməyi tələb etsələr də, həmin şəxs onların qanuni tələbinə məhəl qoymayaraq kobud cavab vermiş və maşını sürüb getmişdir. 31 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. Məhkəmədə şahid X2 ifadəsində digər şahidlə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə saat 07:12 radələrində Naxçıvan şəhəri, İstiqlal küçəsi bina 125-in qarşısında “Qazel” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən özünün şübhəli apardığı üçün polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan kim olduğunu və nə məqsədlə burada gözlədiyini soruşmuş, lakin sürücü “özüm bilərəmsiz kimsiz, sizə nə var mən kiməm” deyərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərmiş, avtomobili saxlanılan yerdən sürərək uzaqlaşmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/247 nömrəli arayışa əsasən Rüstəmov X4 qeydiyyatda durmaqla ona müddətsiz İ dərəcə əlilə qulluğa görə 100 (bir yüz) manat Prezident təqaüdü ödənilir. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 83 nömrəli arayışa əsasən Rüstəmov X3 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş Naxçıvan MR X9 Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 67 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 211 nömrəli aktından aydın olur ki, Şəxs 0.63 promil sərxoşluğu müəyyən olunmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal yoxdur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal sərxoş vəziyyətdə xətanın törədilməsidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-65/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-65/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver