Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-66/2022 17.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Ordubad rayonu, Şəhriyar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx) , orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Ordubad rayonu, Şəhriyar ərazi dairəsi, Şəhriyar qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: İş materiallarında olan 17 iyun 2022-ci il tarixli raporta əsasən 17 iyun 2022-ci il tarixdə saat 09:50 radələrində Naxçıvan şəhər Şahtaxtınski küçəsində yerləşən Cahan xeyr-şər evinin qarşısında narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün bir nəfər şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edilmişdir. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.2001-ci il təvəllüdlü Ordubad rayon, Şəhriyar qəsəbə sakini Şəxsdur. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan bir ədəd bükümdə ümumi çəkisi 6.64 qram olan yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün məhkəmədə verdiyi etirafedici izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 17 iyun 2022-ci il tarixdə tanışı Kazımın Naxçıvan şəhərində yaşayan babası İbrahimin yas mərasiminə gəldiyini, yas mərasimin Cahan xeyir-şər evində keçirildiyini, mərasimdə iştirak etdiyini, siqaret çəkmək üçün çölə çıxdığını, mərasim evinin arxa tərəfində dayandığını, həmin vaxt 2 nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, onun üzərində narkotik vasitə olduğuna dair şübhələri olduğunu bildirdiklərini, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, özünün də bu təklifi qəbul etdiyini, onlarla polis idarəsinə getdiyini, polis idarəsində ona tanımadığı 2 nəfərin onun üzərində şəxsi axtarış və üzərində olan əşyaların yoxlanılması zamanı iştirak edəcəklərini bildirdiklərini, hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarının ona üzərində olan əşyaların çıxarılmasını təklif etdiyini, ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduqlarını, onun da əynində olan göry rəngli cins şalvarın sağ qabaq cibindən üzərində olan sellofana bükülmüş vəziyyətdə narkotik vasitəni çıxarıb onlara təqdim etdiyini, həmin narkotik vasitənin onun və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkildiyini, bükümlə birlikdə xalis çəkisinin 6.64 (altı tam yüzdə altmış dörd) qram olduğunu, həmin bükümün onun və hal şahidlərinin iştirakı ilə kağız zərflə qablaşdırıldığını, onların imzaları ilə imzalandığını və möhürləndiyini, həmin zərfin ekspertizaya göndəriləcəyi, ekspertizanın qərarına uyğun qanunvericilikdə nəzərdə tutulmuş qaydada barəsində tədbir görüləcəyinin ona bildirildiyini, həmin narkotik vasitəni Ordubad rayonu, Dırnıs kəndində yerləşən Xan Çinar adlı istirahət Mərkəzində istirahət edərkən tanımadığı bir nəfər İran vətəndaşından aldığını, narkotik vasitəni özünün istifadəsi üçün saxladığını, etdiyi hərəkətə görə peşman olduğunu bildirib ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X4 17 iyun 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin qarşısındakı post terminaldan evin internet pulunu ödəmək üçün Naxçıvan Şəhər Polis İdarəsinin qarşısına getdiyini, pulu ödədikdən sonra ona polis əməkdaşlarının yaxınlaşdığını, polis əməkdaşlarının ondan idarəyə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, özünün də bunu qəbul etdiyini, Polis İdarəsində həmin şəxsin Ordubad rayonu, Şəhriyar qəsəbə sakini Şəxs olduğunun ona məlum olduğunu, onu əvvəlcədən tanımadığını, aralarında düşmənçilik ədavət olmadığını polis əməkdaşlarına bildirdiyini, polis idarəsində Rzaqulunun üzərinə baxış keçirilən zaman özündən əlavə bir hal şahidinin də olduğunu, polis əməkdaşlarının Şəxs üzərində narkotik olub-olmamasını soruşduqlarını, Rzaqulunun isə əynindəki göy rəngli cins şalvarın sağ qabaq cibindən sellofana bükülmüş özünün bildirdiyinə görə marixuana olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, polis əməkdaşlarının həmin bükümü onların iştirakı ilə açdığını, bükümün içərisində sarımtıl rəngdə kağız olduğunu, həmin kağızı açdıqda isə içərisində yumru formada olan yaşıl rəngli maddə olduğunu, sonra polis əməkdaşlarının onların iştirakı ilə həmin maddəni bükülü olduğu kağız və sellofanla birlikdə elektron tərəzidə çəkdiklərini, həmin büküm ilə birlikdə maddənin çəkisinin 6.64 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X2 17 iyun 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Naxçıvan Şəhərində yerləşən Qaz İdarəsinə gedən zaman 1 nəfər polis əməkdaşının ona yaxınlaşaraq ondan polis idarəsində üzərində narkotik vasitə saxlamasında şübhəli olan bir nəfər şəxsin üzərində axtarış aparılmasında hal şahidi qismində iştirak etməsini xahiş etdiyini, özünün də bunu qəbul etdiyini, polis əməkdaşı ilə birlikdə polis İdarəsinə getdiyini, Polis İdarəsində həmin şəxsin Ordubad rayonu, Şəhriyar qəsəbə sakini Şəxs olduğunun ona məlum olduğunu, onu əvvəlcədən tanımadığını, aralarında düşmənçilik ədavət olmadığını polis əməkdaşlarına bildirdiyini, polis idarəsində Rzaqulunun üzərinə baxış keçirilən zaman özündən əlavə bir hal şahidinin də olduğunu, polis əməkdaşlarının Şəxs üzərində narkotik olubolmamasını soruşduqlarını, Rzaqulunun isə əynindəki göy rəngli cins şalvarın sağ qabaq cibindən sellofana bükülmüş özünün bildirdiyinə görə marixuana olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, polis əməkdaşlarının həmin bükümü onların iştirakı ilə açdığını, bükümün içərisində sarımtıl rəngdə kağız olduğunu, həmin kağızı açdıqda isə içərisində yumru formada olan yaşıl rəngli maddə olduğunu, sonra polis əməkdaşlarının onların iştirakı ilə həmin maddəni bükülü olduğu kağız və sellofanla birlikdə elektron tərəzidə çəkdiklərini, həmin büküm ilə birlikdə maddənin çəkisinin 6.64 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır . İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 163 nömrəli ekspert arayışına əsasən ekspertiza tədqiqatına təqdim olunmuş "17 iyun 2022-ci il tarixdə Ordubad rayonu, Şəhriyar qəsəbə sakini Şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan marixuana narkotik vasitəsinə bənzər kütlə” sözləri yazılmış bir ədəd kağız paketdə olan, 01 ədəd polietilenə və kağıza bükülmüş qablaşdırma ilə birlikdə çəkisi 6.64 qram, təmiz çəkisi 3.951 qram oan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktuba əsasən Şəxs 17 iyun 2022-ci il tarixdə dispanserdə narko-test vasitəsilə müayinə olunub, nəticə mənfi aşkar olunub və hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş Ordubad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən 17 iyun 2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ordubad Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, 04/531 nömrəli arayışdan görünür ki, Şəxs Ordubad Rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən heç bir növ müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı ödənilmir. İş materiallarına əlavə edilmiş Ordubad Rayon İcra Hakimiyyətinin Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri atası və anasıdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Ordubad Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, 04/51 nömrəli arayışdan görünür ki, Şəxs Ordubad Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda durmur.. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 iyun 2022-ci il tarixdə saat 10:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş 3.951 (üç tam mində doqquz yüz əlli bir) qram narkotik vasitə olan marixuananın 0.05 (sıfır tam yüzdə beş) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində saxlanılan qalan hissəsi yəni, 3.901 (üç tam mində doqquz yüz bir) qramı müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsi dərhal icra olunsun. Qərarın inzibati həbsin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində saxlanılan xalis çəkisi 3.901 (üç tam mində doqquz yüz bir) qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-66/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-66/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver