Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-66/2023 01.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxx 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, müvəqqəti işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, Babək rayonu, Şıxmahmud kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 31 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 3 ünvanında yerləşən Araz karqoda bir nəfər şəxsin ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna dair Naxçıvan Şəhər Polis İdarəsinin növbətçi hissəsinə müraciət daxil olmuş, orada ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu müşahidə edilmiş, həmin şəxs sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə tibbi müayinədən keçirilmiş, onun sərxoş olduğu müəyyən olunmuş, bununla, vətəndaş Şəxs ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 31 yanvar 2023-cü il tarixdə, saat 15:00 radələrində keçmiş həyat yoldaşı X6 ilə boşandığına görə Naxçıvan Şəhər Məhkəməsinə qətnaməni almaq üçün getdiyini, qətnaməni aldıqdan sonra məhkəmədən çıxdığını, boşanmaq məsələsinə görə çox hövsələsiz olduğunu, içki içmək qərarına gəldiyini, araq aldığını, sonra anasının evinə getdiyini, anası ilə bir az boşanma barədə söhbət etdiklərini, yemək yediyini, arağı içdiyini, içkinin təsirindən keçmiş həyat yoldaşı X4 zəng etdiyini, onun soyadından çıxmağını tələb etdiyini, onun da tüpürüm sənin soyadına dediyini, əsəbləşib ona söyüş söydüyünü, onun da telefonu söndürdüyünü, təkrar zəng etdiyini, onu bloka atdığını gördüyünü, əsəbləşib evdən çıxdığını, keçmiş həyat yoldaşı X3 işlədiyi Araz karqoya getdiyini, içəri girdiyini, keçmiş həyat yoldaşı X5 gördüyünü, ondan onun soyadından çıxmağını tələb etdiyini, keçmiş həyat yoldaşı X6 ilə aralarında mübahisə yarandığını, karqonun sahibinin gəldiyini, eşiyə çıxdıqlarını, söhbət etdiklərini, polis maşınının gəldiyini, onu Polis İdarəsinə gətirdiklərini, sərxoşluq müayinəsindən keçirdiklərini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X8 məhkəmədə şahid qismində verdiyi izahatında, 31 yanvar 2023-cü il tarixdə müdiri olduğu Araz karqodan zəng gəldiyini, şəxsi avtomobilinə minib oraya getdiyini, karqoda işləyən X1 həyat yoldaşı Şəxs Əfsanə ilə mübahisə etdiklərini gördüyünü, onları sakitləşdirmək üçün Şəxs çölə çağırdığını, söhbət etdiklərini, içkili olduğunu hiss etdiyini, sonra polis maşınının gəldiyini, suallar verib məsələni aydınlaşdırdıqlarını, sonra onları polis idarəsinə dəvət edib sənədləşmə apardıqlarını bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 01 fevral 2023-cü il tarixdə verilmiş 73 nömrəli məktuba əsasən, Şəxs praktiki sağlamdır. 01 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 01 fevral 2023-cü il tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. 31 yanvar 2023-cü il tarixli, 231 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində iki uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-66/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-66/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver