Məhkəmə qərarları › İş №3(078)-7/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-7/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-7/2022 02.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1968-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod:xxxxxxx), orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş 02 fevral 2022-ci il tarixli, 009829 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin baş polis sahə inspektoru polis mayoru X6 tərəfindən tərtib olunmuş 02 fevral 2022-ci il tarixli, 009829 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 02 fevral 2022-ci il tarixdə saat 10:00 radələrində Babək məhəlləsində ucadan səs-küy salmış və bu zaman polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, 02.02.2022-ci il tarixdə, saat 09:30 radələrində evdən çıxaraq “Daş” məhsulları adlanan müəssisədə işə düzəlmək üçün getdiyini, müəssisəyə yaxın olan yerdə Babək məhəlləsində əvvəlcədən borcu olduğu tanışının ona zəng etdiyini və ondan borcunu qaytarmasını istədiyini, onun da pulunun olmadığını və işə düzəlmək üçün getdiyini bildirdiyini, telefonda danışdığı şəxslə telefonda mübahisə edərək əsəbləşdiyini və nalayiq ifadələr işlətməyə başladığını, ətrafdakıların diqqətini özünə cəlb etdiyini, həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşının ona yaxınlaşaraq özünü təqdim etdiyini, onu nizam-intizama dəvət etdiyini, onun da həmin polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, tutduğu əməldən peşman olduğunu və gələcəkdə bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmədə verdiyi izahatında 02 fevral 2022-ci il tarixdə saat 10 radələrində işə gedən zaman Gəmiqaya daş məhsulları tərəfdə bir nəfər şəxsin telefonla uca səslə danışaraq nalayiq ifadələr işlətməsini gördüyünü, həmin zaman ərazidə xidmət aparan polis əməkdaşının həmin şəxsə yaxınlaşaraq onu nizam intizamlı olmağa dəvət etdiyini və həmin şəxsin polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, sonra polis əməkdaşının həmin şəxsi polis bölməsinə apardığını, həmin vaxt onu da polis bölməsinə dəvət etdiklərini, polis bölməsində həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs olduğunun məlum olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş X7 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 02 fevral 2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 122 nömrəli arayışdan görünür ki, Rüstəmov X3 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 7191 nömrəli arayışdan görünür ki, Şəxs öhdəsində heç bir ailə üzvü yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, Rüstəmov X3 Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 7189 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən də Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 4, mənzil 22 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 02 fevral 2022-ci il tarixdə saat 10:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin baş polis sahə inspektoru polis mayoru X6 tərəfindən verilən raportdan görünür ki, Şəxs 02 fevral 2022-ci il tarixdə Naxçıvan şəhər, Babək məhəlləsində nalayiq ifadələr işlətmiş ictimai qaydanı pozduğuna görə onu nizam-intizama dəvət etmiş, hərəkətlərinə son qoymasını tələb etmiş, lakin o onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar