Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-7/2024 29.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, fərdi sahibkar, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi DYPB tərəfindən tərtib edilmiş 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi DYPB Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə “Chevrolet Malibu minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və tibbi müayinədən keçməkdən imtina etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolun düzgün tərtib olunmadığını, avtomobili özünün yox bacısının idarə etdiyini, sərnişin kimi onun tibbi müayinədən keçməsinə zərurət olmadığını, avtomobili idarə edən şəxsin yəni, bacısının “avtomobili mən idarə etmişəm məni tibbi müayinəyə aparın” dediyini, polis əməkdaşlarının isə “səni yox arxada oturan şəxsi tibbi müayinədən keçirdəcəyik” dediklərini, polis əməkdaşları yaxınlaşarkən onun arxadan düşdüyünü, bunu **-YP-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin kamerasının da çəkdiyini, həmin videogörüntülərin təqdim olumasını istədiyini, protokolu qəbul etmədiyini, özünü təqsirli saymadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs danışıq zamanı kəskin alkoqol iyi gəldiyindən o, tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi DYPB Yol patrul xidməti inspektoru, polis baş serjantı Rəşidov Toğrul oğlu tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:35 radələrində polis baş serjantı X2 ilə xidməti vəzifəsini yerinə yetirərkən C.Məmmədquluzadə küçəsindən B.Abbasov küçəsinə dönən zaman Chevrolet Malibu markalı 75BK695 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə tərəflərindən mayak və səs gücləndirici vasitəsilə saxla işarəsi vermişdirlər. Sürücü bilərəkdən və görərəkdən saxla işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar onu müşahidə etməyə başlamış və təkrarən sürücüyə mayak və səs gücləndirici vasitəsilə dəfələrlə saxla işarəsi vermişdirlər. Lakin sürücü yenə bilərəkdən və görərəkdən saxla işarəsinə tabe olmayaraq sürəti artıraraq hərəkətini davam etdirmişdir. Bir neçə km getdikdən sonra sürücü maşını saxlamışdır. Onlar ona yaxınlaşıb özlərini təqdim edərək törətdiyi qayda pozuntusunu izah edərək sürücüdən müvafiq sənədləri tələb etmişdirlər. Bu zaman sürücüdən kəskin spirt iyi və qoxusu gəldiyi hiss edilmişdir. Ona görədə sürücünü həkim tibbi müayinəsindən keçməyə dəvət etmişdirlər. Sürücü toydan gəldiyini və bir qədər spirtli içki qəbul etdiyini bildirərək həkim tibbi müayinədən keçməyəcəyini söyləyərək idarə etdiyi nəqliyyat vasitəsinin qapılarını bağlayıb açarlarını verməkdən imtina etmişdir. Lakin onlar ona qanuna tabe olmasını bildirmiş və həkim tibbi müayinədən keçməyə dəvət etmişdirlər. Sürücü təkrarən heç bir sənəd təqdim etməyəcəyini və həkim tibbi müayinəsindən keçməyəcəyini bildirmişdir. Bort kompüter vasitəsilə araşdırma zamanı məlum olmuşdur ki, sürücü xx.xx.1995-ci il təvəllüdlü Naxçıvan şəhəri, 6-cı küçə, ev 98-də daimi qeydiyyatda olan Şəxsdur. Buna baxmayaraq onu dəfələrlə həkim tibbi müayinəsinə dəvət etsələr də, sürücü yenə tibbi müayinədən boyun qaçırmış və idarə etdiyi avtomobilin açarlarını verməkdən imtina etmişdir. Sürücüylə ünsiyyətdə olduqları zaman bir qadın onların söhbətinə müdaxilə edərək yüksək səslə onlara hədə qorxu gəlməyə başlamışdır. Onlar həmin xanımı dəfələrlə ictimai asayişi pozmamağa çağırsalar da, xanım buna məhəl qoymamışdır. Sonradan məlum olmuşdur ki, həmin qadın xx.xx.1994-cü il təvəllüdlü Naxçıvan şəhəri 6-cı küçə ev 98-də daimi qeydiyyatda olan X3r. Yuxarıda qeyd etdiklərinə əsasən AR İXM-nin 327.1, 327.3, 343.1 maddələrini rəhbər tutaraq sürücü barəsin də müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən tibbi müayinədən imtina edilməsi təsdiq edilməlidir. Lakin qeyd olunan iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən imtina etməsi qeyd olunsa da bunu təsdiq edən sübut qismində protokola şəxsin tibbi müayinəyə aparılmasını, tibbi müayinəyə aparılarkən hal şahidlərinin iştirak etməsini əks etdirən sənədlər iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina edib etməməsinin müəyyən edilməsi üçün şəxsin tibbi müayinəyə aparılmasını, tibbi müayinəyə aparılarkən hal şahidlərinin iştirak etməsini əks etdirən sənədlər iş materiallarına əlavə edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədə verdiyi izahatında özünün avtomobil idarə etmədiyini, bacısının idarə etdiyini bildirsə də onun avtomobil idarə etməsini və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmasından imtina etməsini təsdiq edən sübutlar protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında prtokol və ona əlavə edilmiş sənədlər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini təsdiq edən edən sübutları, şəxsin avtomobil idarə etməsini və nəticədə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəsindən imtina etməsini əks etdirən video materialları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən həmin materiallar tələb edilsə də protokol tərtib edən orqan tərəfindən onlar məhkəməyə göndərilməmişdir. Beləliklə də həmin inzibati xətanın törədilməsində barəsində inzabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-7/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-7/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver