Məhkəmə qərarları › İş №3(078)-70/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-70/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-70/2021 19.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Babək rayon Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs 19 may 2021-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1-də yerləşən “Yaz market”in qarşısında səs-küy salaraq nalayıq ifadələr işlətdiyindən polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 19 may 2021-ci il tarixdə siqaret almaq üçün anası Əfiqə Cəlilovadan pul istədiyini, onun da pulu vermədiyi üçün anası ilə mübahisə edərək evdən çıxdığını, “Yaz market”in önündən keçən zaman uca səslə nalayiq ifadələr işlətdiyini, həmin vaxt polis sahə inspektorunun ona yaxınlaşıb nizam-intizama dəvət etdiyini, əsəbi olduğu üçün ona məhəl qoymadığını, polis əməkdaşı ilə mübahisəsinin ətrafdan keçən bir neçə nəfərin gördüyünü, polis inspektorunun onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini, bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 19 may 2021-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1-də yerləşən “Yaz market”in qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, məhkəmə baxışı iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahatında 19 may 2021-ci il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 1-də yerləşən “Yaz market”in qarşısında bir nəfərin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, onu nizam-intizama dəvət etdiyini, lakin onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyini, həmin şəxsin Naxçıvan şəhər sakini Şəxs olmasının müəyyən edildiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid X3 izahatında 19 may 2021-ci il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 1-də yerləşən “Yaz market”in qarşısında işə getmək üçün gözlədiyi zaman səs-küy eşitdiyini, diqqətini cəlb etdiyi üçün ora yaxınlaşdığını, bir nəfər tanımadığı şəxsin polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü bildirdi. Məhkəmə baxışı iclasında şahid X9 izahatında 19 may 2021-ci il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 1-də yerləşən “Yaz market”in qarşısında olarkən səs-küy eşitdiyini, yaxınlaşdıqda bir nəfər şəxsin polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü, polis əməkdaşının nizam-intizama dəvət etdiyini, həmin şəxsin isə onun tələblərinə qəsdən tabe olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X11 tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş 87 nömrəli arayışın surətinə əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər şöbəsi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, 213 nömrəli arayışdan görünür ki, Musayev X5 MR Dövlət Sosial Müdafiə Fondu X11n Naxçıvan Şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Musayev X6 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs olunsun.

2. Həbs olunmanın əvvəli 19 may 2021-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar