Məhkəmə qərarları › İş №3(078)-70/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-70/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-70/2022 15.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, X5, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, X5 Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati tənbeh vermə haqqında 20 iyun 2022-ci il tarixli, 008941 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun haqqında olan qərarın ləğv barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 izahatında, 8 iyun 2022-ci il tarixdə Culfa rayon Ləkətağ kəndi yaxınlığında yay otlaq fonduda özünə məxsus 100 baş iri buynuzlu və 600 baş kiçik buynuzlu heyvanları otardığı müddətdə X11 adına Zəngəzur mili parkının əməkdaşlarının onu saxlayıb yaylaqda mal heyvan otarmağa icazəsini soruşduqlarını, sənədinin olmadığını bildirdiyini, yaylaqdan qanunsuz istifadə etməyini bildirdiklərini, 06 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına 25 manat ödədiyini, yaylağa getmə vaxtının ona bildirilmədiyini, 06 iyun 2022-ci il tarixdə yaylağa çatdığını, ondan mal heyvanı aşağı endirməsini tələb etdiklərini, artıq gəldiyini mal heyvanı edirməsinin çətin olduğunu, bu səbəbdən yaylaqdan çıxmaqdan imtina etdiyini, həmin vaxtı ak tərtib olunduğunu, akta imza etməkdən imtina etdiyini, sonra onu Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəvət etdiklərini, izahat verdiyini, inzibati protokol tərtib olunduğunu, inzibati protokola imza etməkdən imtina etdiyini, sonra barəsində inzibati qərar gəldiyini, qərarı qanunsuz hesab etdiyini, iş adamı kimin yaylağa getmək üçün ödəniş etdiyini, ona yaylağa getmə vaxtını demədiklərini göstərərək, onun haqqında tərtib edilmiş inzibati qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 izahatında 08 iyun 2022-ci il tarixdə nazirliyin əməkdaşlarının X5 icazəsiz yaylaqda mal heyvan otardığını aşkar etdiklərini, ona yaylaqdan çıxması tələb olunduğunu, lakin tabe olmadığını, bu səbəbdən akt tərtib olunduğunu, sonra müvafiq sənədləşmə işlərinin aparıldığını, Hünər Qasımovun etiraf edici izahat verdiyini, lakin sənədlərə imza etməkdən imtina etdiyini, yaylağa çıxmaq üçün ödənişin edilməsinin icazə sənədi olmadığını, yaylağa çıxma vaxtının iyun ayının 10-dan sonra nəzərdə tutulduğunu, H.Qasımovun icazə sənədini aldıqdan sonra yaylağa çıxmalı olduğunu, inzibati qərar qəbul olunarkən qanunvericiliyin tələblərinə əməl olunduğunu göstərərək şikayətin əsassız olmasından təmin olunmaması barədə qərar verilməsini xahiş etdi. Məhkəmə verilmiş şikayətlə əlaqədar aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş: 10 iyun 2022-ci il tarixli, 012158 nömrəli inzibati xəta haqqında protokola əsasən, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (xx.xx.2022-ci il tarixdə Culfa rayonu, Ləkətağ kəndində yaylaqda icazəsiz mal heyvan otararaq müvafiq icra hakimiyyəti orqanının qanuni tələbini yerinə yetirməməsinə görə) törətmişdir. X1 Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyiniə verdiyi izahatında, 8 iyun 2022-ci il tarixdə Culfa rayon Ləkətağ kəndi yaxınlığında yay otlaq fonduda özünə məxsus 100 baş iri buynuzlu və 600 baş kiçik buynuzlu heyvanları otardığı müddətdə X11 adına Zəngəzur mili parkının əməkdaşlarının onu saxlayıb yaylaqda mal heyvan otarmağa icazəsini soruşduqlarını, Sənədinin olmadığını bildirmişdir. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 iyun 2022-ci il tarixli, 008941 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X8 AR İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 900 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələbinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. X1 Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdiyi etirafedici izahatında icazəsi olmadan yaylaqdan istifadə etdiyini bildiyini, qanunsuz istifadənin səbəbini yaşadığı ərazidə ot örtüyünün olmadığını bildirmişdir. İş materiallarını tədqiq edərkən məlum olur ki, səlahiyyətli orqanınn gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Məhkəmə X5 şikayəti üzrə qərarın ləğv edilməsi tələbi barədə qeyd edir ki, qərarın ləğvi üçün əsaslar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X5 Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati tənbeh vermə haqqında 20 iyun 2022-ci il tarixli, 008941 nömrəli qərarından verdiyi şikayət əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-in 128, 130.1, 131.1, 134.1.1, 136 və 137, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X5 Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati tənbeh vermə haqqında 20 iyun 2022-ci il tarixli, 008941 nömrəli qərarından verdiyi şikayət əsaslı olmadığından təmin edilməsin. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə qərardan şikayət verilə bilər. Hakim: imza Qabil Məmmədov. Düzdür: Naxçıvan Şəhər Məhkəməsinin hakimi: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar