Məhkəmə qərarları › İş №3(078)-73/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-73/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-73/2021 11.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində icraat aparılan “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının müdafiəsi üçün inzibati xəta törətmiş, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X4 iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 31 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ünvanına Gürcüstan Respublikasından idxal olunan dəyəri 16082.00 ABŞ dolları, çəkisi 2574.10 kq olan şpris yükü gömrük rəsmiləşdirilməsinə başlanılması üçün Naxçıvan Şəhər Gömrük İdarəsinə göndərilmişdir. 21.05.2021-ci il tarixdə rəsmiləşdirilmə aparılması üçün yüklərin müvafiq sənədləri Naxçıvan Şəhər Gömrük İdarəsinin əməkdaşına təqdim olunarkən məlum olmuşdur ki, 06.05.2021-ci il tarixdə X13ndan saat 17:39-da **********16988 qeydiyyat kodlu, 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuş, lakin **********16988 qeydiyyat kodlu, 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi üçün mallar gömrük sərhədindən keçən zaman qısa idxal bəyannaməsi elektron gömrük bəyannamələri (EGB) sistemində qeydiyyata alınmamışdır. Nəticədə “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Gömrük Xidmətinin Vahid X1” informasiya resursundan çıxarışdan məlum olur ki, idxalatçısı “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti, ixracatçısı “Oxygen” LTD olan dərman vasitələri daşıyan 99ZB869 yük avtonəqliyyat vasitəsi həqiqətən də 06.05.2021-ci il tarixdə, saat 17:39-da gömrük ərazisinə daxil olmuşdur. “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti adından 11 yanvar 2021-ci il tarixdə verilmiş, 31 dekabr 2022-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında X5 “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olan yüklərin və müşayiət edən yük sənədləri təhvil alınması, göstərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, imza üçün səlahiyyət verilmişdir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının müdafiəsi üçün inzibati xəta törətmiş, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X6 məhkəmə iclası zamanı izahatında 20 aprel 2021-ci il tarixdə Gürcüstan Respublikasının “Oxygen” adlı dərman firmasından dəyəri 16082 (on altı min səksən iki) ABŞ dolları, çəkisi 2574.10 kq olan şpris yükünü sifariş verdiklərini, 21 may 2021-ci il tarixdə malların rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Naxçıvan Şəhər Gömrük İdarəsinə müraciət edərkən ona 06 may 2021-ci il tarixə sifariş verdikləri yükü gətirən 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin X13 vasitəsilə Naxçıvan Muxtar Respublikasına daxil olduğunu bildirdiklərini, lakin **********16988 qeydiyyat kodlu, 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi üçün mallar gömrük sərhədindən keçən zaman qısa idxal bəyannaməsini təqdim etmədiyini, həmin nəqliyyat vasitəsi yolda olarkən texniki nasazlıq baş verdiyini və nəqliyyat vasitəsinin X9 çatma müddətinin təxmin etdikləri vaxtdan biraz gecikdiyini, bu səbəbdən nəqliyyat vasitəsinin gömrük ərazisinə dəqiq çatma vaxtını bilmədikləri üçün “X10” MMC-nin səlahiyyətli nümayəndəsi kimi sənədlərin qeydiyyatını elektron gömrük bəyannamələrinin (EGB) sistemində həyata keçirə bilmədiyini bildirmişdir. Barəsində icraat aparılan “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclası zamanı izahatında hüquqi şəxsin sifariş verdiyi malları gətirən nəqliyyat vasitəsi yolda olarkən texniki nasazlıq baş verdiyini və nəqliyyat vasitəsinin X9 çatma müddətinin təxmin etdikləri vaxtdan bir az gecikdiyini, bu səbəbdən nəqliyyat vasitəsinin gömrük ərazisinə dəqiq çatma vaxtını bilmədikləri üçün sənədlərin qeydiyyatını elektron gömrük bəyannamələrinin (EGB) sistemində həyata keçirə bilmədiklərini, hüquqi şəxsin təqsirli olduğunu qəbul etdiyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 26 may 2021-ci il tarixli 20000-0005/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Gömrük İdarəsinin Gömrük əməliyyatları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 34/13010500 nömrəli, 21 may 2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasına məxsus, VÖEN nömrəsi **********, hüquqi adresi Naxçıvan şəhəri, N.Əliyev, ev 1 olan “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Gürcüstan Respublikasından idxal olunan, dəyəri 16082.00 ABŞ dolları, çəkisi 2574.10 kq olan şpris yükünü daşıyan avtonəqliyyat vasitəsinin qısa idxal bəyannaməsi sistemə vurulmamışdır. Belə ki, 06.05.2021-ci il tarixdə X13ndan saat 17:39-da **********16988 qeydiyyat kodlu, 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur. Lakin **********16988 qeydiyyat kodlu, 67BG273/99ZB869 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi üçün mallar gömrük sərhədindən keçən zaman qısa idxal bəyannaməsi olmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hazırki iş üzrə inzibati xəta hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - malları gömrük ərazisinə gətirən hüquqi şəxsin nümayəndəsi tərəfindən törədilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Hüquqi şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar