Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-73/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, 3-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan Şəhəri Ə.Əliyev küçəsi ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən məktub və inzibati xəta haqqında material daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-1410/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Camry,, minik markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri İstiqlal küçəsində Bəhruz Kəngərlinin ev muzeyi istiqamətindən X7 istiqamətində hərəkətdə olarkən İran konsuluğunun arxa tərəfində olan piyada keçidi ilə yolu soldan sağa keçən piyada X3 vuraraq xəsarət yetirmişdir. Sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” minik markalı **-BL- *** qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri İstiqlal küçəsində Bəhruz Kəngərlinin ev muzeyi istiqamətindən X7 istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin (Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması) və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) tələblərini pozaraq həmin vaxtı yolu soldan sağa keçən piyada - X3 vuraraq sağlamlığına yüngül xəsarət yetirdiyi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri İstiqlal küçəsində yerləşən İran Konsulluğu ilə Bəhruz Kəngərlinin heykəli arasında olan piyada keçidində yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Sürücü Şəxs sərxoş olub-olmamasını təyin etmək məqsədi ilə o, müayinə edilmiş, Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən 21 yanvar 2025-ci il tarixli məktubla daxil olmuş 58 saylı ekspert rəyində vətəndaş X1 bədənində müəyyən edilmiş xəsarətlər: sol baldırında hematoma, sağ dirsək, burun nahiyyəsinin sıyırığı, alın nahiyəsinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Xəsarətlərin yetirilmə müddəti tibbi arayışda qeyd olunan tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 21 yanvar 2025-ci il tarixli 11 saylı ekspert rəyində “Toyota Camry” ininik markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəllərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs X2 özünü təqsirli bilərək göstərmişdir ki, 2005-ci ildə Bakı şəhərində anadan olduğunu, xanımın özünü vurduğunu, etibarnamə ilə avtomobili idarə etdiyini, hadisənin ehtiyatsızlıqdan olduğunu, gecə olduğu üçün görmədiyini, maddənin sanksiyasını bildiyini, sürücülük vəsiqəsinin Yol Polisində olduğunu, 2-3 həftədir ki, orda olduğunu, əvvəl belə xətasının olmadığını bilidirmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatda onun vurulduğunu, ona ciddi zərər vurulmadığını, ziyanın ödənildiyini, şikayətinin olmadığını bildirmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati icraatın materialları ilə əməl tam sübuta yetirilir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri olduğundan ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-ə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-73/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-73/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver