Məhkəmə qərarları › İş №3(078)-74/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-74/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-74/2021 31.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx) , orta təhsilli, işsiz, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 29.05.2021-ci il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 28 May 2021-ci il tarixdə Naxçıvan şəhər Qaz İstismar İdarəsinin nəzarətçisi Zərərçəkmiş şəxs ona həvalə olunan ərazidə yəni 28 may küçəsində öz vəzifəsini icra edərkən vətəndaş tərəfindən nalayiq söyüşlərə və döyülməyə məruz qaldığını, nəticədə sahə nəzarətçisinin ona zəng vuraraq onu təhqir etdiklərini bildiridiyini, ona köməklik göstərilməsini xahiş etdiyini, onun saat 17:00 radələrində nəzarətçinin dediyi ünvana getdiyini, nəzarətçi Zərərçəkmiş şəxs məsələnin necə olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs ona 28 May küçəsində qaz sayğaclarının göstəricilərini yazdığını, həmin vaxt 28 May küçəsi, ev 33 ünvanında vətəndaşın onu söydüyünü və vurduğunu bildirdiyini, onun vətəndaşa bunun düzgün olmadığını izah etmək istəyərkən anidən vətəndaşın ona gözləmədiyi halda yumruq vurduğunu, təhqir etdiyini qeyd edərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin baş polis sahə inspektoru polis kapitanı X2 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 31 may 2021-ci il tarixli, 009871 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında 28 may 2021-ci il tarixdə küçədən evə gəldiyi zaman Qaz idarəsinin işçisinin onların həyətindən çıxdığını gördüyünü, qaz idarəsinin işçisinə 10 gün əvvəl o olmadığı müddətdə qapıya gəlmə dediyini, deməyinə baxmayaraq gəlib həyətə girdiyini, bu zaman əsəbləşib nalayiq söz işlətdiyini, onun da işçilərinə zəng vurduğunu, mühəndisi ora göndərdiklərini, mühəndisin ucadan danışaraq ona tərəf gəldiyini, əsəbi olduğundan onun üz nahiyəsindən yumruqla vurduğunu, sonra onların çıxıb getdiyini bildirərək əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında 28 may 2021-ci il tarixdə saat 17:00 radələrində müdürün ona zəng edərək 28 May küçəsində vətəndaşın bizim sahə nəzarətçisi Zərərçəkmiş şəxs qarşı narazıçılıq etdiyini dediyini, aralarında mübahisə yarandığını, onun Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlayıb Arifin olduğu yerə getdiyini, Naxçıvan şəhəri, 28 May küçəsi, ev 33 ünvanına çatdığını, Zərərçəkmiş şəxs mübahisənin səbəbini soruşduğunu, Arifin qaz sayğacına baxmaq üçün icazə alıb həyətə daxil olub sayğacın göstəricilərini götürüb çıxarkən ev sahibi Şəxsla qarşılaşdığını, Şəxs onu söydüyünü və vurduğunu bildirdiyini, onun Şəxs bunun düzgün olmadığını izah etmək istəyərkən Anarın təhqir edici sözlər işlədərək anidən onun sifət nahiyəsindən bir dəfə yumruqla vurduğunu qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında 28 may 2021-ci il tarixdə Naxçıvan şəhər 28 may küçəsində qaz sayğaclarına nəzarət etmək üçün baxış keçirdiyini, Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin mühəndisi Uğurun da onunla eyni idarədə işlədiyini, ünvan 4 ünvana getdiyini, qapını döyərək ev sahibinin xanımından icazə alaraq qaz sayğacına baxış keçirmək üçün həyətə girdiyini, baxış keçirəndən sonra həyətdən çıxan zaman ev sahibi Anarın onu gördüyünü, ona içəri girdiyi üçün irad tutduğunu, Anarın nalayiq sözlərlə onu söydüyünü, ona qaz sayğacına baxış keçirmək üçün gəldiyini dediyini, aralarında mübahisə yarandığını, idarənin müdirinə zəng vurduğunu, ona vətəndaşın narazıçılıq yaratdığını dediyini, müdirin ona orda durmasını mühəndis Uğuru göndərəcəyini dediyini, 5-10 dəqiqədən sonra mühəndis Uğurun gəldiyini, ondan mübahisəyə nəyin səbəb olduğunu soruşduğunu, ona sayğaca nəzarət etmək üçün içəri girdiyini dediyini, Uğurun vətəndaşa düzgün hərəkət etmədiyini bildirdiyi zaman ev sahibi Şəxs Uğuru üz nahiyəsindən yumruqla bir dəfə vurduğunu, onu ağır söyüşlərlə söyməyə başladığını, onların da həmin ünvandan çıxaraq şəhər polis idarəsinə getdiklərini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən 31 may 2021-ci il tarixli 36 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sifətinin sol yarısındakı qançır küt əşyanın təsirindən törənmişdir. müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş X9 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 296 nömrəli arayışdan görünür ki, Həsənov X5 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 2 nömrəli inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş 31 may 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs iki azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 152 nömrəli arayışdan görünür ki, Həsənov X5 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 31 may 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 31 may 2021-ci il tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, iki azyaşlı övladının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 31 may 2021-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar