Məhkəmə qərarları › İş №3(078)-74/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-74/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-74/2023 13.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, 2 uşaq atası, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1474/2016 nömrəli, 11 noyabr 2016-cı il tarixli məhkəmə əmri ilə, xx.xx.1990-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə, "xxxx" MMC-nin xeyrinə 35 (otuz beş) manat 09 (doqquz) qəpik abunə və xidmət haqqının və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 55 (əlli beş) manat 09 (doqquz) qəpik məbləğində pulun tutulması əmr edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 257/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, "xxxx" ASC ilə Şəxs arasında bağlamış xx.xx.2019-cu il tarixli, FR/92120/70 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Şəxs 1881.79 (bir min səkkiz yüz səksən bir manat yetmiş doqquz qəpik) manat əsas borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən X3 və ya AsanPay vasitəsilə xx.xx.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. İş üzrə icraata 23 noyabr 2016-cı il və 04 aprel 2022-ci il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqəsinin və məhkəmə əmrinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 1975.88 (min doqquz yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat borcu yaranmış, beləliklə, Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və məhkəmə əmrinin və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 1975.88 (min doqquz yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat məbləğində borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi maddi vəziyyətinin aşağı olmasını, borcunu ödəyə bilmədiyini göstərmişdir. Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1474/2016 nömrəli, 11 noyabr 2016-cı il tarixli məhkəmə əmri ilə, xx.xx.1990-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə, "xxxx" MMC-nin xeyrinə 35 (otuz beş) manat 09 (doqquz) qəpik abunə və xidmət haqqının və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 55 (əlli beş) manat 09 (doqquz) qəpik məbləğində pulun tutulması əmr edilmişdir. 04 aprel 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-257/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə, "xxxx" ASC ilə Şəxs arasında bağlamış xx.xx.2019-cu il tarixli, FR/92120/70 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Şəxs 1881.79 (bir min səkkiz yüz səksən bir manat yetmiş doqquz qəpik) manat əsas borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən X3 və ya AsanPay vasitəsilə xx.xx.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 noyabr 2016-cı il və 04 aprel 2022ci il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar