Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-74/2025 25.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iştirakları ilə Naxçıvan şəhəri, 56-cı məhəllə, 87 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 07 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən Naxçıvan şəhəri, 56-cı məhəllə, 87 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən daxil olmuş 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri, 56-cı məhəllə, 87 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2025-ci il tarixdə keçirilən planlı yanğın texniki müayinə zamanı YTQ 01.2001-in 2.5, 2.6, 3.1, 4.1, 5.3 və 8.3-cü bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025ci il tarixli çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plan üzrə (növbəti) yoxlamalar aparılmış və həmin yoxlamalar X13 (X16 İdarəsinin Dövlət Yanğın X14 Şöbəsinin rəisi), X15 (X16 İdarəsinin Reyestr və X3 inspektoru) və X10 (X16 İdarəsinin Dövlət Yanğın X14 Şöbəsinin inspektoru), X7 (X16 İdarəsinin Dövlət Yanğın X14 Şöbəsinin inspektoru), X8 (X16 İdarəsinin Ümumi Şöbəsinin böyük inspektoru) adlı şəxslər tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 231 nömrəli “Yanğın-texniki müayinənin aparılması haqqında” qərardan görünür ki, X16 İdarəsinin rəisi, daxili xidmət polkovniki X6 tərəfindən Naxçıvan şəhəri, 56-cı məhəllə, 87 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 231 nömrəli Yanğın-texniki müayinə aktına, əsasən aşağıdakı qanun pozuntuları müəyyən edilmişdir:
1. Binanın "xxxx" planı X16 Orqanı ilə razılaşdırılmayıb,
2. Müəssisənin əməkdaşları yanğına qarşı rejimə ciddi əməl etmirlər,
3. Müəssisənin əraisi quru otlardan yanabilən tullantılardan təmiz saxlanmır,
4. Tez alışan mayelər (spirtlər) digər maddə və materiallarla birlikdə saxlanır, 5.Yanğın su hovuzuna yaxınlaşmaq üçün hərəkət istiqamətini bildirən göstərici lövhələr yoxdur,
6. Yanğın su hovuzu bərk örtüklü meydanca ilə təmin olunmayıb,
7. Pilləkən qəfəsləri yanar konsturksiyalardan düzəldilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 231 nömrəli “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmiş, eyni zamanda İXM-nin 101-ci maddəsinin tələblərinə uyğun həmin məcəllənin 518.1ci maddəsi üzrə inzibati icraata başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 məhkəmə iclası zamanı izahatında ayın 6-sında yoxlama olduğunu, 5-6 bənddə nöqsanlar qoyulduğunu, nöqsanları araşdırdığını, belə ki, binanın "xxxx" planı X16 Orqanı ilə razılaşdırılmadığının qeyd edildiyini, lakin şəkillər və sənədlər əsasında təsdiqləyə bilər ki, xx.xx.2023-cü il tarixdə razılaşdırıldığını, bu qərarın tamamilə tələsik olduğunu, təxliyyə planlarının təsdiq olunduğunu, müəssisənin əməkdaşları yanğına qarşı rejimə ciddi əməl etmədiyi nöqsanı qısa müddətə müəyyən etməyin qeyrimümkün olduğunu, işçilərinin təlimatlandırıldığını, işçilərin təlimatla məlumatlandırılmasına dair dəftəri hər gün imzaladığını, bu nöqsanı qəbul etmədiyini, həyətin böyük olduğunu, anbarla quru otlar arasında məsafənin 25-50 metr olduğunu, ildə 2 dəfə biçildiyini, xüsusi aparatla biçildiyini, otların qalxdığını, otun təmizlənməsinə 1 gün vaxt sərf olunduğunu, otuğun biçilməsinə və həyətin təmizlənməsinə dair fotoşəkillərin olduğunu, içəri girən zaman 3 anbar olduğunu, 1-ci anbarın qəbul otağı olduğunu, mallar gələn zaman çeşidləndiyini, spiritlərin üst-üstə yığıldığını, işçilər mallar gələn zaman çeşitlərək saxlanc otağına qoyduğunu, iraddan sonra tezalışan maddələrin ayrıldığını, həmin gün nöqsanın aradan qaldırıldığını, maşın içəri girən kimi su hovuzunun hansı tərəfdə olduğunu görməli olduğundan plakat çıxarıldığını, plakatda məsafənin göstərildiyini, su anbarının 50 tonluq olduğunu, su anbarına maşının yaxınlaşmasının təhlükəli olduğunu, lakin onlarda 20 tonluq su çənin olduğunu, 2 metrin 6 metrə məsafədə yerin qazılaraq ora basdırıldığını, o hissənin elə düzəldiyini ki, ora maşın keçə bilməyəcəyini, lakin sədd qoymadıqlarını, plakat qoyduqlarını, ikinci mərtəbəyə qalxan pilləkənin taxtadan düzəldiyini, "xxxx" şirkəti tərəfindən pilləkənə xüsusi maddə hopdurulduğunu, bununla da odadavamlı olduğunu, bəzi iradları qəbul etdiyini, yanğın məsələsinin vacib olduğunu, nöqsanları qismən qəbul etdiyini, örtük və ot nöqsanını qəbul etdiyini bildirmişdir. Məhkəmədən cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsinin nümayəndəsi X13 məhkəmə iclası zamanı 2024-cü ilin oktyabr ayında Ədliyyə Nazirliyinin çıxarışı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlamalar həyata keçirdiklərini, oktyabr ayında 3-6 fevral tarixlərində müayinə aparılması barədə çıxarış olduğunu, xx.xx.2025-ci il tarixdə çıxarış, qərar, hüquqları və vəzifələri barədə materiallar obyekt rəhbərlərinə təqdim edildiyini, fevral 30-dan 6-sına kimi yoxlamalar aparılmış, yoxlamalar əsasında inzibati xətalar aşkar edildiyini, İXM-nin 101-ci maddəsini rəhbər tutaraq inzibati xətalar haqqında protokol tərtib olunduğunu, İXM-nin 18.5-ci maddəsinə, əsasən, müəssisə hüquqi şəxs olduğundan qərar Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Əvvəllər həmin müəssisədə yanğın hadisəsi baş verdiyini, FHN-nin məqsədinin yanğın təhlükəsizliyini təmin etmək olduğunu, təxliyyə planın X16 Orqanı razılaşdırılmalı olduğunu, təxliyyə planın X18 Orqanı ilə razılaşdırıldığını, əgər X16 Orqanı ilə razılaşdırılmış olsa, həmin müəssisəyə baxış keçiriləcəyini, qapıya yığılan polkaların götürələcəyini, yoxlama sualları ilə bağlı sistemə məlumat yerləşdirdiklərini, müəssisənin bütün işçilərinin yanğın təhlükəsizliyini bilməli olduğunu, spiritlərin kombinin yanında olduğu, onların məqsədinin yanğın təhlükəsizliyinə əməl edilməsi olduğunu, nöqsanların yoxlama müddəti ərzində aradan qaldırılmalı olduğunu, su hovuzunun yeri göstərilməli olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında xx.xx.1992-ci il tarixdə Naxçıvan Şəhərində anadan olduğunu, ali təhsilli olduğunu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyini, yoxlama vaxtı orda olduğunu, təxliyyə planı göstərilsə də, qarşı tərəfə bildirdiklərini, qarşı tərəfin qəbul etmədiyini, hopdurulmanın edildiyini, sənədin gec gələcəyinə görə fotoşəkilləri götürüldüyünü, spiritlərin ora yığılma səbəbinin, qəbul anbarı olduğuna görə ilk malların ora qaldırıldığını, otları dedikdən sonra otla bağlı nöqsanın aradan qaldırıldığını, onların sadəcə əczaxanaların satış üzrə nəzarəti həyata keçirdiklərini, cəriməni ödəyəmə imkanlarının əl vermədiyini bildirmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfərov Fəxrəddin tərəfindən xx.xx.2025-ci il tarixli, 02- 01/N-2025 nömrəli məktub və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. xx.xx.2025-ci il tarixli, 02-01/N-2025 nömrəli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X16 İdarəsi tərəfindən MN seriyalı, ******* nömrəli protokol tərtib edildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi və yanğın təhlükəsizliyinə cavabdeh şəxs X2 protokolu imzalmaqdan imtina etdiyini, aktda qeyd olunan qayda pozuntuları barəsində aşağıdakı qeydlər edilmişdir:
1. Binanın "xxxx" planı X16 Orqanı ilə razılaşdırılmadığının qeyd edildiyini, lakin anbarda Təxliyyə planı mövcuddur və 26 may 2023-cü il tarixdə təsdiqlənmişdir.
2. Müəssisənin əməkdaşları yanğına qarşı rejimə ciddi əməl edilmədiyini, lakin işçiləri mütəmadi olaraq yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılır və gündəlik olaraq işdən öncə keçirilən təlimdə bu haqda məlumat verilir.
3. Müəssisənin əraisi quru otlardan yanabilən tullantılardan təmiz saxlanılmadığını qeyd edildiyini və anbar rəhbərliyi tərəfindən qeyd olunan iradlar dərhal aradan qaldırılmışdır.
4. Tez alışan mayelər (spirtlər) digər maddə və materiallarla birlikdə saxlandığı qeydi edildiyini və bu irad yerində aradan qaldırılmışdır. 5.Yanğın su hovuzuna yaxınlaşmaq üçün hərəkət istiqamətini bildirən göstərici lövhələr olmadığı qeyd edildiyini və anbar rəhbərliyi tərəfindən qeyd edilən göstəricilərin hazırlanaraq müvafiq yerlərə vurulmuşdur.
6. Yanğın su hovuzu bərk örtüklü meydanca ilə təmin olunmadığının qeyd edildiyini və yoxlamadan sonra meydança düzəldilmişdir.
7. Pilləkən qəfəsləri yanar konsturksiyalardan düzəldildiyi qeyd edildiyini, lakin yoxlamadan əvvəl xx.xx.2025-ci il tarixdə "xxxx" MMC tərəfindən yanar konstruksiyalara odadavamlı məhlul ilə hopdurulmuşdur. Həmçinin AR İXM-nin 116 və 518.1-ci maddələrinə, əsasən, sözügedən nöqsanların artıq aradan qaldırıldığını və cərimə sanksiyasının tətbiq edilməsinə zərurət qalmadığını, eyni zamanda qanunvericiliyin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətinin yüngülləşdirilməsinə yönəlmiş normasının nəzərə alınmasını və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X16nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 116-cı maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün iki ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 02 (iki) ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Göstərilən müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cərimə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.