Məhkəmə qərarları › İş №3(078)-77/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-77/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-77/2024 06.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüquqi ünvanı Naxçıvan şəhəri İstiqlal ev 79, mənzil 21 olan (VÖEN **********) Şəxs MMC-nin adından təqdim edilmiş **********0626 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəyan olunmuş 1 yerdən ibarət, brutto çəkisi 179 kq, netto çəkisi 151 kq, invovs dəyəri 16907 türk lirəsi təşkil edən müxtəlif növ mallardan ibarət yükün bəyannaməçi tərəfindən xx.xx.2024-cü il tarixli müraciət məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 24/48 nömrəli rəyinə uyqun olaraq müvafiq mala aid GİB2023Q000Q0002 nömrəli, xx.xx.2023-cü il tarixli invovsun 11, 12 və 16-cı mövqelərində göstərilən 18000 ədəd, ümumi invoys dəyəri 2970 türk lirəsi, brutto çəkisi 32 kq, netto çəkisi 25 kq olan malın xx.xx.1999-cu il tarixli, 678-lQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qasıqlar olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs-Şəxs (VÖEN: **********) adından təqdim edilmiş **********0626 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəyan olunmuş 1 yerdən ibarət, brutto çəkisi 179 kq, netto çəkisi 151 kq, invovs dəyəri 16907 türk lirəsi təşkil edən müxtəlif növ mallardan ibarət yükün bəyannaməçi tərəfindən xx.xx.2024-cü il tarixli müraciət məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 24/48 nömrəli rəyinə uyqun olaraq müvafiq mala aid GİB2023Q000Q0002 nömrəli, xx.xx.2023-cü il tarixli invovsun 11, 12 və 16-cı mövqelərində göstərilən 18000 ədəd, ümumi invoys dəyəri 2970 türk lirəsi, brutto çəkisi 32 kq, netto çəkisi 25 kq olan malın xx.xx.1999-cu il tarixli, 678-lQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən idxalı qadağan olunmuş birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qasıqlar olduğu müəyyən edilmişdir. 25 yanvar 2024-cü il tarixində X3 İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-nın 275.4-cü maddəsi ilə 18000-00293/24 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. İs materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xx.xx.2024-cü il tarixində daxil olmuş 24/48 nömrəli məktuba əsasən "Kucha” MMC tərəfindən Türkiyə Respublikasından gətirilən müxtəlif növ plastik qaşıq və çəngəllərin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən sahibkarlar tərəfindən idxalının, istehsalının, həmçinin ticarət, ictimai iəçə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsinin qadağan olduğu bildirilmişdir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC- nin nümayəndəsi X1 izahatında "xxxx" MMC-də mühasib vəzifəsində çalışdığını, gətirdikləri müxtəlif növ malların içərisində olan ümumi invovs dəyəri 2970 türk lirəsi, netto çəkisi 25 kq olan plastik çəngəl və qajjqlann qanunvericiliyə əsasən idxalının qadağan olduğunu bilmədiklərini qeyd etmişdir. xx.xx.1999-cu il tarixli, 678-lQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan politelen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan Plastik qarışdırıq çubuq, çəngəl, qasıq, bıçaq boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehsalçılara satılması və ya verilməsi qadadandır. Nəticədə hüquqi şəxs - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1200/012/000483 nömrəli 25 yanvar 2024-cü il tarixli raport, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xx.xx.2024-cü il tarixində daxil olmuş 24/48 nömrəli məktub, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və isdə olan digər sənədlərlə tam təsdiq olunur. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından hüquqi ünvanı Naxçıvan şəhəri İstiqlal ev 79, mənzil 21 olan (VÖEN **********) Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən 3000 (üç min) manat miqdarında cərimə edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 18000 ədəd, ümumi invoys dəyəri 2970 türk lirəsi, brutto çəkisi 32 kq, netto çəkisi 25 kq olan mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 18000 ədəd, ümumi invoys dəyəri 2970 türk lirəsi, brutto çəkisi 32 kq, netto çəkisi 25 kq olan mallar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar