Məhkəmə qərarları › İş №3(078)-78/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-78/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-78/2023 17.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxx 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, “Cahan Holding”də mühasib işləyir, subay, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs 16 fevral 2023-cü il tarixdə Naxçıvan şəhəri, İstiqlal küçəsində “Chevrolet Malibu” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş vəziyyətdə idarə etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 16 fevral 2023-cü il tarixdə evdə olarkən 3 bakal pivə içdiyini, sonra avtomobili ilə dükana getdiyini, polis əməkdaşlarının onu saxlatdıqlarını, sürücülük vəsiqəsi olmadığından sərxoşluq müayinəsindən keçirib avtomobili dayanacağa apardıqlarını, sonra sənədləşmə işləri apardıqlarını, sürücülük məktəbi oxumadığından hüququ olmadığını, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 16 fevral 2023-cü il tarixdə Naxçıvan şəhəri, İstiqlal küçəsində “Chevrolet Malibu” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş vəziyyətdə idarə etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: X2 Şəhadətnaməsinin surətinə əsasən, “Chevrolet Malibu minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs adına qeydiyyata alınmışdır. 16 fevral 2023-cü il tarixli, 308 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 17 fevral 2023-cü il tarixdə verilmiş 102 nömrəli məktuba əsasən, Şəxs praktiki sağlamdır. 17 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 17 fevral 2023-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 17 fevral 2023-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 fevral 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar