Məhkəmə qərarları › İş №3(078)-78/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-78/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-78/2025 10.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs2, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, taksi sürücüsü işləyir, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Borclu Cabbarlı X2 Şəhər Məhkəməsinin 2(078)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında icra sənədləri barədə məlumatlı olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 360 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 400 manat məbləğində inzibati cəriməni dövlət nəfinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2565.2 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4060 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödəməli olduğunu bildirmişdir. Borclarını ödəmək üçün maddi imkanın olmadığını, maddi imkanın borclarını ödəməyə əl vermədiyini, gündəlik qazancının 15-20 manat olduğunu, tələbkarla borcunu ödəməyə razılaşdığını, borclarını ödəmək üçün çalışdığını və maddi imkanlarını nəzərə alaraq ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, borclunun bir sözünün digəri ilə tutmur. Borclarını ödəməkdən yayındığını, bütün tələbkarların borcunu istədiyini, çağırıldığı zamanı gəlmədiyi üçün məcburi gətirilməsi barədə qərar qəbul edildiyini, tələbkarla borclu arasında əvvəlcə razılaşma olduğunu, 5 ay müddətində 100 manat ödəyəcəyini və bu günə qədər borcunu ödəmədiyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs2 izahatında, Əliəsgərin ona 4000 manat borcu olduğunu, aralarında razılaşma olduğunu, lakin borcun ödəmədiyini, Ədliyyə Nazirliyinə getdiyini, borclunun pulu bütöv verə bilməyəcəyini və buna görədə hissə-hissə ödəməyə razılaşdığını, lakin həmin hissə-hissə borcu da vermədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borclu Şəxs 2400 (iki min dörd yüz) manat əsas borc və 120 (yüz iyirmi) manat gecikdirilmiş penya pulu olmaqla, cəmi 2520 (iki min dörd yüz iyirmi) manat məbləğində pul və 45.20 (qırx beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə ödənilməsi qət edilmiş icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı üzrə Cabbarlı X3 Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında məlumatın surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-773/2023 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borclu Şəxs 330 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmiş icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında məlumatın surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olmuş Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə aktda Cabbarlı X2 Şəhər Məhkəməsinin 8(078)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 08 (səkkiz) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar