Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-79/2023 17.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, subay, 1 uşaq atası, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-178/2017 nömrəli, 06 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən, 17 yanvar 2017-ci il tarixdən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində 110 (yüz on) manat alimentin tutularaq, 25 aprel 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-310/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən, Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 07 mart 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 2454.19 (iki min dörd yüz əlli dörd manat on doqquz qəpik) manat əsas borc, 350.84 (üç yüz əlli manat səksən dörd qəpik) manat faiz borcu və 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2837.91 (iki min səkkiz yüz otuz yeddi manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət olunmuşdur. 28 iyun 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs 100 (yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2021 nömrəli, 16 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli, 580-xx.xx.2018- 002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. 24 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs 300 (üç yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İş üzrə icraata 10 iyul 2017-ci, 22 iyul 2019-cu, 01 oktyabr 2020-ci, 17 may 2021-ci və 07 sentyabr 2022-ci il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin və inzibati tənbeh vermə haqqında qərarın surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış borc yaranmış, beləliklə, Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq qərarların icrasını yerinə yetirmədiyini, yaranmış borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi işləməməsini, maddi vəziyyətinin aşağı olmasını, borcunu ödəyə bilmədiyini göstərmişdir. Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: 06 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-178/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə, 17 yanvar 2017-ci il tarixdən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində 110 (yüz on) manat alimentin tutularaq, 25 aprel 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 ödənilməsi qət olunmuşdur. 18 iyul 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-310/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə, Şəxs "xxxx" İKB ASC-nin xeyrinə 07 mart 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə 2454.19 (iki min dörd yüz əlli dörd manat on doqquz qəpik) manat əsas borc, 350.84 (üç yüz əlli manat səksən dörd qəpik) manat faiz borcu və 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2837.91 (iki min səkkiz yüz otuz yeddi manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət olunmuşdur. 28 iyun 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs 100 (yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. 16 may 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-65/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli, 580-xx.xx.2018- 002813 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3999.06 (üç min doqquz yüz doxsan doqquz manat altı qəpik) manat, faiz borcu üzrə 1299.60 (bir min iki yüz doxsan doqquz manat altmış qəpik) manat, cəmi 5298.66 (beş min iki yüz doxsan səkkiz manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manatın cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. 24 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs 300 (üç yüz) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 10 iyul 2017-ci, 22 iyul 2019-cu, 01 oktyabr 2020-ci, 17 may 2021-ci və 07 sentyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 1 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov.