Məhkəmə qərarları › İş №3(078)-8/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-8/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-8/2025 30.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində “Toyota Prado” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, İstiqlal küçəsində saxlanılmış, baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onun sərxoş olması müəyyən olunmuş, həmin tarixdə Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində “Toyota Prado” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı Naxçıvan şəhəri, İstiqlal küçəsində saxlamışdır. İçki içdiyini qəbul edərək bildirmişdir ki, avtomobili idarə etməmiş sadəcə olaraq avtomobilin daxilində əyləşmişdi. Avtomobili evinin qarşısında saxlamışdır. Daha sonra polis əməkdaşları yaxınlaşaraq qanun pozuntusu törətdiyini bildirmişlər, lakin o heç bir qayda pozuntusu törətməmişdir. Həmin vaxt tək olmamışdır, öz qohumu ilə Dan yerindəki kafeyə getmişdir, kafedən piyada evə getmişlər və maşında oturub peçi yandırmışlar. Həmin vaxt polis əməkdaşı gəlib bildirmişdir ki, o sərxoş halda avtomobil idarə edir. Lakin o ümumiyyətlə avtomobil idarə etməmişdir. Bununla bağlı kamera görüntülərini tələb etsə də ona heç bir görüntü təqdim etməmişlər. Onun avtomobili 6 gün polis şöbəsinin həyətində saxlanılmışdır. Müvafiq prokurorluq orqanına şikayət etdikdən sonra ona protokol yazılmışdır. Yazılan protokolun tarixi 08 noyabr olsa da ona protokol 14 noyabr tarixində yazılıb. Vaxtında tərtib edilmədiyi kimi vaxtında məhkəməyə də göndərilməyibdir. Həmin vaxtdan sonra dəfələrlə protokoldan şikayət vemişdir, bir dəfə məhkəməyə şikayət vermişdir, lakin geri qaytarılmışdır. O sadəcə nəyə görə o avtomobil idarə etmədiyi halda ona protokol yazılmasının sübut olunmasını tələb edir. Həmçinin bu cür nöqsalanlara yol verdiklərinə görə polis əməkdaşının barəsində cərimə qərarı qəbul edilməsini tələb edir. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X1 izahatında bildirmişdir ki, Şəxslə qohumdur. 08 noyabr 2024-cü il tarixdə saat 20-21 radələrində Səmədlə piyada Danyerinə kafeyə getmişdir. Səməd pivə içdi, evə qayıtdılar. Evin qarşısında Səməd avtomobilini saxlamışdı. Səmədlə birlikdə maşında oturub söhbət edirdilər. Onlar maşında, maşın hərəkətsiz olan zaman polis əməkdaşı onlara yaxınlaşıb içki içib-içmədiyini soruşdu. Səməd də dedi ki, içki içib, lakin maşını idarə etmir. Çünki maşını həyətinin qarşısında olub. Ondan içki içibiçmədiyini soruşmadılar. Danyeri ilə Səmədin evinin qarşısı 20 metr olar. O yolu da onlar piyada gəliblər. Bildikləri bundan ibarətdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında materiala əlavə edilən sənədlər protokolun məhkəməyə göndərilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə məktub, İXP6686371 nömrəli xx.xx.2024-cü il tarixli protokol, xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərardadı, qərardadın göndərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli məktub, 02337 nömrəli xx.xx.2024-cü il tarixli alkovisor protokolu, xx.xx.2024-cü il tarixli Şəxs tərəfindən şikayət ərizəsi, “AsanPay” vasitəsilə gələn cərimə bildirişinin surətindən ibarətdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2024cü il tarixdə saat 22:00-dan 23:59-dək Naxçıvan şəhəri, Danyeri market istiqamətində Yusif Məmədəliyev küçəsinədək olan yolda “Toyota Prado” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Naxçıvan Şəhəri “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış video görüntülərdən çıxarış tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43-14/2-91/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 İdarəsinin məktubunda qeyd olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(078)-495/2024 nömrəli məktubu aidiyyatı üzrə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43/2-1292/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin məktubunda qeyd olunur ki, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə dair Naxçıvan Şəhəri “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış video görüntülərin saxlanılma müddəti bitdiyindən həmin görüntülər videomüşahidə sisteminin arxivindən silinmişdir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan “təqsirsizlik prezumpsiyası” prinsipinə istinad etmək lazımdır. İnzibati Xətalar Məcəlləsinin 8.3-ci maddəsinə, əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin X3 Bölməsi tərəfindən protokol tərtib edildiyinə görə sübutetmə vəzifəsi protokol tərtib edən tərəfə aid edilir. Bu zaman şəxsin barəsində yaranan təqsirli olması barədə şübhələri, yəni Şəxs maşını idarə edib-etməməsini qarşı tərəf sübut etmədiyi üçün təqsirli olması barədə şübhə-sərxoş halda avtomobili idarə edib-etməməsi, barəsində inzibati protokol tərtib edilən şəxsin xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə, əsasən, şəxs öz təqsirliliyini sübut etməyə borclu olmadığından Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və bununla da İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə, əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edildiyindən Şəxs təqsirsiz hesab edilməlidir. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin tərkibinin olmasında təqsirinin sübut olunmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli İXP6686371 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eləcə də məhkəmə inzibati xəta haqqında protokol tərtib edilərkən yol verilmiş hüquq pozuntularını diqqətə çatdırmağı zəruri hesab edir. Ümumiyyətlə sənədlərlə müəyyən edilmişdir ki, 08 noyabrda tərtib edilən protokol 26 gündən sonra 04 dekabr tarixli müşayiət məktubu ilə 05 dekabr tarixində məhkəməyə göndərilmişdir. Halbuki protokolun məhkəməyə göndərilmə müddətini inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini nəzərdə tutur. Eləcə də inzibati xəta haqqında protokolun 08 noyabr tarixində tərtib edildiyi halda şəxsin Asanpay sistemindən aydın olur ki, protokol onun şəxsi kabinetinə 16 noyabr 2024cü il tarixdə göndərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli İXP6686371 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar