Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-80/2025 10.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Babək rayon, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, ali təhsilli, işsiz, Naxçıvan şəhəri, 36-cı məhəllə, döngə 3, ev 8 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 10 fevral 2025-ci il tarixli, 13513/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-154/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 19 aprel 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2548 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcu, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcu, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimə və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqı və 60 (altmış) manat məbləğində mediasiya rüsumu, ümumilikdə 3180 (üç min yüz səksən) manat 98 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 51,21 (əlli bir manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət gəlirinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 25 aprel 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-327/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 13 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs (VÖEN-**********) 16.042,00 (on altı min qırx iki) manatın tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (VÖEN-**********) ödənilməsi və iddiaçının ödəməkdən azad edildiyi 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 17 dekabr 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3586/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 17 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.583,5 manat faiz borcu üzrə 5.491,63 manat, cərimə borcu üzrə 222,97 manat olmaqla, cəmi 53.298 (əlli üç min iki yüz doxsan səkkiz) manat, 10 (on) qəpik məbləğində pulun müştərək qaydada X6, X1 və Şəxs Kami oğlundan tutularaq Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməsi və dövlət rüsumunun əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pulun X6, X1 və Şəxs tutularaq Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 23 sentyabr 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədlərinin icrasız qalmasının bir çox səbəbi olduğunu, bütün məhkəmə və icra sənədlərinin əvvəl qeydiyyatda olduğu ünvana göndərildiyini, həmin ünvanda qeydiyyatda olmadığını, ümumiyyətlə qeydiyyatsız olduğunu, Bakı şəhəri ərazisində yaşadığını, icraçıya da bunu dediyini, icraçının ona yaşadığı yerdən arayış göndərməsini, aidiyyəti orqanlara müraciətlər etdiyini, lakin qeydiyyata düşə bilmədiyini, Naxçıvan ərazisini də bu səbəbdən gələ bilmədiyini, işsiz ola-ola bankın onun zaminliyinə icazə verdiyini, hal-hazırda Babək Rayon Məhkəməsində də qardaşı ilə bağlı iş olduğunu, borcunu qəbul etdiyini, lakin işsiz olduğundan hissə-hissə ödəyə biləcəyini, 2 uşağının olduğunu, bunun nəzərə alınmasını, borcundan yayınmadığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında materiallardan da aydın olduğu kimi, icra sənədlərinin 2024-cü ilin aprel, sentyabr və dekabr aylarında daxil olduğunu, şəxsin sistem üzərindən qeydiyyatda olduğu ünvana bütün sənədlərin göndərildiyini, yaşayış yerinin dəyişdirilməsi barədə icra məmuruna məlumat verməli olduğunu, icra sənədlərinin heç birini icra etmədiyini, şəxsin axtarışla gətirildiyini, protokol tərtib edilərək müvafiq olaraq məhkəməyə göndərildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 19 aprel 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 154/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 2548 (iki min beş yüz qırx səkkiz) manat 39 qəpik məbləğində icarə borcu, 458 (dörd yüz əlli səkkiz) manat 71 qəpik məbləğində ƏDV borcu, müqavilə üzrə gecikən ödəniş günləri üçün 60 (altmış) manat məbləğində cərimə və 53 (əlli üç) manat 88 qəpik məbləğində enerji haqqı və 60 (altmış) manat məbləğində mediasiya rüsumu, ümumilikdə 3180 (üç min yüz səksən) manat 98 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 51,21 (əlli bir manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq dövlət gəlirinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-154/2024 saylı, 19 aprel 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 aprel 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 13 dekabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)- 327/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs (VÖEN- **********) 16.042,00 (on altı min qırx iki) manatın tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (VÖEN-**********) ödənilməsi və iddiaçının ödəməkdən azad edildiyi 138.13 (bir yüz otuz səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-327/2024 saylı, 13 dekabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 17 dekabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 17 sentyabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3586/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.583,5 manat faiz borcu üzrə 5.491,63 manat, cərimə borcu üzrə 222,97 manat olmaqla, cəmi 53.298 (əlli üç min iki yüz doxsan səkkiz) manat, 10 (on) qəpik məbləğində pulun müştərək qaydada X6, X1 və Şəxs Kami oğlundan tutularaq Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməsi və dövlət rüsumunun əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pulun X6, X1 və Şəxs tutularaq Zərərçəkmiş şəxs3 ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 sentyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3586/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 23 sentyabr 2024cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 8(078)-148/2024 nömrəli qərardadından görünür ki, həmin qərardadla tələbkar «X9» MMCnin borclu Şəxs qarşı icarə müqaviləsi üzrə tələbi barədə mülki iş üzrə çıxarılmış Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-154/2024 saylı, 25 iyun 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1993-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1993-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-80/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-80/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver