Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-81/2024 01.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxxx 1997-ci il tarixdə Şahbuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, tələbə, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, M.Ş.Vazeh 154 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 31 yanvar 2024-cü il tarixdə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən Şəxs 31 yanvar 2024-cü il tarixdə, saat 14:00-da Şahbuz şəhərində saxlanılmışdır. O, saat 14:30 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, Bakı şəhərində yaşadığını, ikinci ali təhsil olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində 2-ci kursda qiyabi təhsil aldığını, yanvar ayının yeddisində Bakı şəhərindən təhsilini davam etdirmək məqsədilə gəldiyini, gələrkən özü ilə siqaretin içərisində şəxsi istifadəsi üçün marixuana gətirdiyini, marixuananı dərslər başlayan zaman təqribən 09 yanvar tarixində özü ilə birgə təhsil aldığı universitetə apardığını, orada patok yoldaşı Ümid adlı şəxslə birgə universitetin həyətində çəkdiklərini, sonra dərsə getdiklərini, universitetə qəbul olduqdan sonra Ümidlə eyni patokda olduqlarını, Ümidi həmin vaxtdan tanıdığını, Bakı şəhərində yaşayan dostu Ülvi adlı şəxsdən 10 manata aldığını, Naxçıvana özü ilə şəxsi istifadəsi üçün gətirdiyini, Ümidlə söhbət zamanı ondan gətirib-gətirmədiyini soruşduğunu, üstündə olduğunu dediyini və çıxardıb çəkdiklərini, bundan əvvəl Ümidin Bakı şəhərinə gəldiyini, orada birgə marixuana çəkdiklərini, o səbəbdən onda marixuana olub-olmadığını soruşduğunu, əməlindən peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 01 fevral 2024-cü il tarixdə verilmiş 41 nömrəli rəyə əsasən, Şəxs Kannabinoid narkomaniyası xəstəliyi aşkar edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 31 yanvar 2024-cü il tarixdə Y.Budaqov adma Naxçıvan MR X3 sidik narkotest vasitəsilə müayinə olunub və nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 01 fevral 2024-cü il tarixli, 156 nömrəli məktubuna əsasən, Şəxs 31 yanvar 2024-cü il tarixdə dispanserdə sidik narkotest vasitəsilə müayinə olundu və nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olundu. 31 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 31 yanvar 2024-cü il tarixdə, saat 14:35-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-81/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-81/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver