Məhkəmə qərarları › İş №3(078)-84/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-84/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-84/2023 20.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: OYSS4AA), orta təhsilli, evli, 4 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, bənna, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ə.Naxçıvani döngə 3, ev 6, ünvanında yaşayan Şəxs Natıq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 20 fevral 2023-cü il tarixli, 008688 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 fevral 2023-cü il tarixli, raportda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ə.ünvan 4ü Şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli bilindiyinə görə yaşadığı evin yaxınlığında saxlanılaraq Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuşdur. Naxçıvan Şəhər Polis İdarəsində onunla profilaktik söhbətlər aparılmış nəticədə, Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdiyini etiraf etmiş və Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikasi Psixi xəstəliklər Dispanserində narkoloji testdən keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş,xx.xx.2023-cü il tarixdə Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikasi Psixi xəstəliklər Dispanserində narkoloji testdən keçirilmiş, nəticədə onun metanfetamin qəbul etməsi aşkar edilmişdir . Məhkəmədə Şəxs Natıq oğlunun əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natıq oğlu məhkəmə iclası zamanı verdiyi izahatında ustalıq fəaliyyəti ilə məşğul olduğunu, təxminən 4-5 gün əvvəl Türkiyə Respublikasının İğdır şəhərinə öz avtomobili ilə getdiyini, məqsədinin Türkiyədən evə ərzaq və digər məhsullar almaq olduğunu, avtomobilinin sazlığına baxdırmaq istədiyini, Türkiyəyə gedərkən iki gün İğdır şəhərində qalmaq istədiyini, daha sonra İstanbul şəhərinə gedəcəyini, lakin avtomobil ilə getdiyinə görə avtomobili orada qoyub getmək istəmədiyini, bir gecə İğdır şəhərindəki “Konak” otelində qaldığını, səhər isə Naxçıvana qayıtdığını, İğdır şəhərində olarkən orada Ersan adlı bir Türkiyə vətəndaşı ilə tanış olduğunu, onu qonaq otelə yönləndirdiyini, Ersanla söhbətinin yaxşı alındığını, Ersanın onu bir xanımla tanış etdiyini, Ersan gedəndən sonra xanımla görüşdüyünü, xanımla görüşməmişdən əvvəl Ersana “olsa mənə ot təskil elə” dediyini, onun isə otun nə olduğunu soruşduğunu, onun da ona “Narkotik” deyə cavab verdiyini, Ersanın da ona “ bizdə ona ciqakalıq deyirlər” dediyini, Ersanın otelə gələrkən “Macınka” adlanan narkotik vasitə gətirdiyini, onun həmin narkotiki Ersandan alıb otağa qalxdığını, otaqda olarkən “Viniston“ markalı siqaretin içərisini boşaldıb, narkotik vasitənin bir hissəsini həmin siqaretə doldurub çəkdiyini, Ersanın gətirdiyi narkotikdən bir balaca qaldığını, onu da cibinə qoyduğunu, sonra Ersanın avtomobildən lambucka formasında metanfetamin çıxartdığını, özünün çəkməyə başladığını, ondan “Çəkirsən” deyə sorusduğunu, onun isə “yox, mən macınka çəkəcəm” dediyini, biraz keçəndən sonra onun uzatdığını onun da alıb çəkdiyini, sonra ona onu otelə qoymasını dediyini, onu otelə qoyanda onda olan narkotiki də götürdüyünü və oteldə çəkdiyini, sonra səhərə qədər yata bilmədiyini, səhər açılandan sonra bir hissəsini çəkdiyini və oteldən çıxdığını, gedib alış veriş edib Naxçıvana qayıtdığını, hərəkətlərində şübhə doğuran hallar olduğundan onun narko-testdən keçirildiyini, özünün testdən keçirilməsinə etiraz etmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 20 fevral 2023-cü il tarixli, 199 saylı məktubunda qeyd olunmuşdur ki, Ə.ünvan 5 qeydiyyatda olan Şəxs 18 fevral 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserdə narkotest vasitəsilə müayinə olunmuş və nəticədə MET (metamfetamin) müsbət aşkar olunmuş, hal-hazırda abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 18 fevral 2023-cü il tarixli, 196 saylı məktubunda qeyd olunmuşdur ki, Ə.ünvan 5 qeydiyyatda olan Şəxs 18 fevral 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserdə narkotest vasitəsilə müayinə olundu. Nəticə MET (metamfetamin) müsbət aşkar olundu. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 105 nömrəli məktubdan Ə.ünvan 5 qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçdiyi və onda “Praktik sağlam” diaqnozu müəyyən olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 577 nömrəli arayışdan Şəxs Natıq oğlunun Ə.ünvan 5 ünvanında qeydiyyatda olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil İstismar İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 578 nömrəli arayışdan görünür ki, Şəxs Natıq oğlunun həyat yoldaşı 1983-ci il təvəllüdlü X6, qızları 2007-ci il təvəllüdlü Məmmədova Nuray qaşım qızı, 2013-ci il təvəllüdlü X4 , 2019cü il təvəllüdlü X7 və 2008-ci il təvəllüdlü X11 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə X17 Şəxsi Naxçıvan şəhəri İdarəsi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 537 nömrəli arayışdan görünür ki, Məmmədov X8 MR Dövlət Sosial Müdafiə X17 şəxsin Naxçıvan şəhər İdarəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 108 nömrəli arayışdan görünür ki, Məmmədov X8 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X12 18 fevral 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Natıq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 1 ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar