Məhkəmə qərarları › İş №3(078)-85/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-85/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-85/2020 12.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci ildə Naxçıvan şəhərində X14 Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, X11 İdarəsində mühəndis, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X12 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsi ev-1A, mənzil-4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X2 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evində qaz sızıntısı baş verdiyi üçün Naxçıvan şəhər qaz idarəsinə gəlmiş, içəridə olan otaqların birində əyləşib qəza xidmətinin əməkdaşlarının gəlməsini gözləmiş, bu zaman həmin idarədə mühəndis kimi işləyən keçmiş həyat yoldaşı Şəxs onu görmüş otağa daxil olub onu təhqir edib döymüşdür. X10 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında X12 İdarəsinin polis sahə inspektoru polis mayoru X8 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə 009764 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs xx xxxxxxx 2020-ci il tarixdə işlədiyi X1rkən keçmiş həyat yoldaşı X.İsayevanı gördüyünü, bu zaman həmin şəxs onu görüb təhqir etməyə və üzərinə gəlməyə başlamış və onu çatası ilə vurmuş həmin hadisəni iş yoldaşınında görüdüyünü bildirmiş və X12 İdarəsinə izahatını təqdim etdiyini bildirmiş, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərşəkmiş şəxs X10 xx.xx.2020-ci il tarixdə yaşadığı evində qaz sızıntısı baş verdiyi üçün Naxçıvan şəhər qaz idarəsinə gəlmiş, içəridə olan otaqların birində əyləşib qəza xidmətinin əməkdaşlarının gəlməsini gözləmiş, bu zaman həmin idarədə mühəndis kimi işləyən keçmiş həyat yoldaşı Şəxs onu görmüş otağa daxil olub onu təhqir edib vuraraq döymüşdür. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X3 Muxtər Hüseyn oğlunun onu döydüyünü və şikayətçi olduğunu bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən xx.xx.2020-ci il tarixli 86 saylı canlı şəxsin müayinə aktından görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ almacıq nahiyyəsinin qançuru küt əşyanın təsirindən törənmişdir, müddəti müayinə gününə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahat ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını, həmçinin İİ qrup əlil olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində, qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar